AZAL Bakıdan Hindistanın Əhmədabad şəhərinə birbaşa uçuşlara başlayır - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı AZAL uçuşların coğrafiyasını genişləndirməyə davam edir. İyul ayından etibarən aviaşirkət Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri olan Əhmədabada birbaşa müntəzəm reyslərə başlayacaq.
AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, ilk uçuş iyulun 4-də baş tutacaq. Bakı-Əhmədabad-Bakı marşrutu üzrə reyslər həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək.
Əhmədabad zəngin tarixi irsə və müasir həyata malik şəhərdir. Onun qədim hissəsi memarlıq nümunələri, mədəniyyət və dini ənənələrin sintezi ilə seçilir. Yeni Əhmədabad isə müasir göydələnlər, ticarət mərkəzləri və dinamik infrastrukturu ilə fərqlənir.
Qeyd edək ki, hazırda AZAL Hindistanın Mumbai və Nyu-Dehli şəhərlərinə müntəzəm uçuşlar icra edir. Belə ki, Bakı-Mumbai-Bakı marşrutu üzrə həftədə 4 dəfə – çərşənbə axşamı, cümə axşamı, cümə və bazar günləri reyslər həyata keçirilir. İyunun 16-dan etibarən isə bu istiqamətdə uçuşlar hər gün nəzərdə tutulub.
Eyni zamanda, Bakıdan Nyu-Dehli istiqamətində həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər yerinə yetirilir.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












