AZAL bəzi istiqamətlər üzrə uçuşların sayını artırır
Sərnişin axınının artması ilə əlaqədar Azərbaycanın milli aviadaşıyıcısı AZAL iyun ayı ərzində bəzi daxili və beynəlxalq istiqamətlər üzrə uçuşların tezliyini artırır.
Bu barədə Avtosfer.az-a AZAL-dan bildirilib.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatını nəzərə alaraq artıq əlavə reyslər planlaşdırılıb. İyun ayında bayram günləri ilə əlaqədar uzunmüddətli istirahət dövründə bu marşrut üzrə uçuşların sayı daha da artırılacaq: bəzi günlərdə reyslərin sayı 12-yə çatacaq. Tələbatın artacağı halda əlavə reyslərin təyin olunması da mümkündür. Ümumilikdə, iyun ayı ərzində Naxçıvan istiqamətində müntəzəm və əlavə reyslər daxil olmaqla 430-dan çox uçuşun yerinə yetirilməsi nəzərdə tutulur.
Bakı-İstanbul-Bakı marşrutu üzrə əlavə reyslər 26 və 29 iyunda yerinə yetiriləcək ki, bu da həmin günlərdə uçuşların sayını gündəlik 3-ə çatdıracaq.
Bundan əlavə, AZAL 2 iyuldan etibarən Mərkəzi Asiya ölkələrinə uçuş proqramını genişləndirir. Daşkənd istiqamətinə əlavə reyslər çərşənbə axşamları, Almatıya çərşənbə günləri, Astanaya isə cümə axşamları yerinə yetiriləcək. Hər bir istiqamət üzrə həftədə 6 reys planlaşdırılıb.
AZAL sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib. Uçuş cədvəli ilə tanış olmaq və aviabiletləri əldə etmək üçün www.azal.az rəsmi saytına, aviaşirkətin mobil tətbiqinə və akkreditə olunmuş agentliklərə müraciət etmək olar.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












