AZAL “Boinq”lərin alışını təxirə salır

"Boinq" korporasiyası ilə aparılan danışıqlara əsasən, Boinq-737 MAKS təyyarələrinin Azərbaycan Hava Yolları QSC-yə (AZAL) çatdırılması ilə bağlı sazişə dəyişikliklər edilməkdədir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a AZAL-dan məlumat verilib. Bidirilib ki, təyyarələrin əldə olunmasının ən azı 5 il sonraya (2024-cü ildən başlayaraq) keçirilməsi planlaşdırılır: "Sözügedən tarixədək Boinq-737 MAKS-ın texniki imkanlarının və təhlükəsizlik məsələsinin aydın olacağı tam şəkildə bilinəcək".
Qeyd edək ki, 2017-ci ilin aprelində Azərbaycanın "Silk Vey Eyrlayns" şirkəti və "Boinq" korporasiyası 10 ədəd Boinq 737 MAKS-8 təyyarəsinin alqısı üzrə saziş imzalayıb. Sazişin ümumi dəyəri təxminən 1 milyard dollara bərabər olub. Təchizat üç il ərzində edilməli idi.
Hələlik isə, AZAL mövcud təyyarə parkından aktiv istifadə edəcək. Şirkət dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boinq”, “Eyrbus” və “Embraer” təyyarələrindən istifadə edir.
Xatırladaq ki, dünən Boinq-737 MAKS-ın istismarının 2019-cu ilin IV rübündə bərpa olunması ilə bağlı məlumatlar yayılmışdı. 2018-ci ilin oktyabr ayında İndoneziyanın "Lion Eyr" (Lion Air) şirkətinə məxsus Boinq-737 MAKS-8 tipli təyyarəsinin Yava dənizi üzərində qəzaya uğraması nəticəsində təyyarədəki 189 nəfərin hamısı həlak olmuşdu. Bu ilin mart ayında həmin model təyyarənin Efiopiya üzərində qəzaya uğraması nəticəsində 57 nəfər dünyasını dəyişib. İstehsalçı tərəfindən hər iki halda MCAS avtomatik idarəetmə sisteminin pozulduğu etiraf edilib. Bundan sonra bir çox hava şirkətləri adıçəkilən model təyyarələrinin istismarını dayandırıblar.
Bir qədər əvvəl “Vol Strit Jurnal” qəzeti Boinq-737 MAKS təyyarələrinin sertifikat verilməsində yeni sınaqlar aparıldığı ilə bağlı istismara 2020-ci ilin əvvəlindən tez olmamaq şərtilə qaytarıla biləcəyini bildirmişdi. Həmin təyyarələrin istismardan kənarlaşdırılmasına görə Boinqin itkiləri 4,9 milyard dollar dəyərində qiymətləndirilir.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










