AZAL ilə Böyük Britaniya arasında səmərəli əməkdaşlıq müzakirə edilib

Mayın 14-də “Azərbaycan Hava Yolları” QSC-nin İdarə Heyətinin sədri Samir Rzayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə səlahiyyət müddətinin başa çatması münasibətilə görüş keçirib. Avtosfer.az xəbər verir ki, bu barədə İdarə Heyətinin sədri Samir Rzayevin "Facebook" hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı AZAL ilə Böyük Britaniya arasında aviasiya sahəsində formalaşmış səmərəli əməkdaşlıq müzakirə edilib:
"Xüsusilə hava hərəkətinin idarə olunması sahəsində əməkdaşlıq və aviasiya təlim infrastrukturu üzrə mövcud tərəfdaşlıqlar ətrafında fikir mübadiləsi apardıq. Eyni zamanda, beynəlxalq hava əlaqələrinin turizmin inkişafında və iqtisadi artımda oynadığı mühüm rolu müzakirə etdik. Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportuna 40 aviaşirkətin uçuş həyata keçirməsi Azərbaycanın artan əlaqələrinin göstəricisidir. Fergus Aulda ölkələrimiz arasında əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə təşəkkür edirəm və gələcək fəaliyyətində uğurlar arzulayıram".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












