AZAL-ın Strateji Yol Xəritəsinin hazırlanacağı vaxt məlum olub

Hazırda "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Strateji Yol Xəritəsinin hazırlanması üzrə işlərin cari ilin II rübündə yekunlaşdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd edilib ki, hazırda AZAL öz strateji inkişaf prioritetlərinə uyğun olaraq orta və uzunmüddətli dövrü əhatə edən Strateji Yol Xəritəsinin hazırlanması üzərində çalışır: "Bu proses çərçivəsində AZAL beynəlxalq təcrübəyə malik xarici konsaltinq şirkətlərindən biri ilə sıx əməkdaşlıq edir və 2027-2032-ci illəri əhatə edən ətraflı Strateji Yol Xəritəsi formalaşdırılır. Hazırlanan Strateji Yol Xəritəsi AZAL-ın gələcək illər üçün inkişaf trayektoriyasını, şəbəkə və donanma strategiyasını, sərnişin axınlarının proqnozlarını, maliyyə dayanıqlığını və əməliyyat səmərəliliyini əhatə edir".
Plan çərçivəsində "Azərbaycan Hava Yolları"nın mövcud donanmasının mərhələli şəkildə genişləndirilməsi və 2032-ci ilədək hava gəmilərinin sayının 50-dən artıq olması hədəflənir. Bildirilir ki, bununla paralel olaraq uçuş şəbəkəsinin genişləndirilməsi, yeni istiqamətlərin açılması və ümumi uçuş marşrutlarının sayının 80-ə çatdırılması nəzərdə tutulur.
Xatırladaq ki, AZAL-ın parkında "Boeing 767-300", "Boeing 787-8 Dreamliner", "Airbus A320neo", "Airbus A-319" və "Embraer E-190" tipli 27 təyyarə mövcuddur. Donanmanın unifikasiyası çərçivəsində aviaşirkət gələcəkdə yalnız iki növ hava gəmisindən istifadə edəcək - dar gövdəli "Airbus A320 Neo" ailəsi təyyarələri və geniş gövdəli "Boeing 787 Dreamliner".
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












