AZAL yeni rəqəmsal funksiyanı istifadəyə verdi

Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeydiyyat və uçuşa minik prosesini daha da sadələşdirən yeni rəqəmsal funksiyanı istifadəyə verib.
Avtosfer.az xəbər verir ki, bu yenilik sayəsində sərnişinlər minik talonlarını “Apple Wallet” və “Google Wallet” mobil pulqabılarında saxlaya bilərlər.
Xidmət AZAL-ın mobil tətbiqi vasitəsilə aviabilet əldə edən bütün sərnişinlər üçün əlçatandır.
Onlayn qeydiyyatdan sonra sərnişinlər sadəcə elektron minik talonunu pulqabına əlavə edə və internet bağlantısı olmadan onu smartfondan təqdim edə bilərlər. Bu həll uçuşa minik prosesini sürətləndirir, hava limanında nəzarət prosedurlarını daha rahat edir və sərnişinləri kağız sənədləri çap etmək zərurətindən azad edir.
Uçuşla bağlı bütün məlumatlar bir yerdə saxlanılır və səyahət boyu əlçatan olur. Bu, xüsusilə tranzit uçuşlar və rouminq zamanı istifadəçilər üçün əlverişli imkan yaradır.
Yeni funksiyanın istifadəyə verilməsi AZAL-ın rəqəmsal xidmətlərin inkişafı və səyahətləri daha komfortlu edən innovasiyaların tətbiqi strategiyasının tərkib hissəsidir. Aviaşirkət gələcəkdə də sərnişinlər üçün müasir və rahat rəqəmsal həllər təqdim etməyi davam etdirəcək.
Yeni funksiyanın istifadəsinə dair qısa video-təlimatla buradan tanış ola bilərsiniz.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












