Azərbaycan Çinlə avtomobil yük daşımalarında kvotanı 5 dəfə artırıb

Azərbaycanla Çin arasında beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün 5 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə 2500 ədəd icazə blankının mübadilə edilməsi barədə qərar qəbul edib.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, bununla bağlı razılışma Çinin Urumçi şəhərində AYNA ilə Çinin Nəqliyyat Nazirliyinin Nəqliyyat Xidmətləri Departamenti arasında tarixdə ilk dəfə olaraq beynəlxalq avtomobil daşımaları sahəsində görüşdə əldə olunub. Bundan başqa, görüşdə Azərbaycan daşıyıcıları və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndəsi də iştirak edib.
Məlumata əsasən, cari il üzrə beynəlxalq yük daşımaları üçün mübadiləsi razılaşdırılmış İcazə blanklarının kvotası 5 dəfə artırılıb. Eləcə də, cari və növbəti ildə daşıyıcıların tələbatlarının tam qarşılanacağı barədə razılıq ifadə olunub.
Görüş zamanı iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirələr edilib, əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Tərəflər "İcazə" blanklarının mübadiləsinin və verilməsinin elektronlaşdırılması ilə bağlı mühüm razılıq əldə ediblər. Rəqəmsallaşma layihəsinin həyata keçirilməsi məqsədilə birgə texniki işçi qrupunun yaradılması və 1 may tarixindən işlərə başlanılması planlaşdırılır. Rəqəmsallaşma əməliyyat çətinliklərini minimuma endirməyə və daşıma proseslərini şəffaf vəsürətli etməyə imkan verəcəkdir.
Bununla yanaşı, beynəxalq yük daşımaları zamanı qarşılaşılan məsələlərin operativ həll edilməsi məqsədilə tərəflərin aidiyyəti qurumları arasında çevik əlaqənin qurulması üçün müvafiq mexanizm razılaşdırılıb.
Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti milli daşıyıcıların iştirakı ilə 25 aprel tarixində Xorqos gömrük keçid məntəqəsinin rəsmiləri ilə görüş keçirib, eləcə Xorqos Azad Ticarət Zonasının ərazisində fəaliyyət göstərən Logistik mərkəzlərin işi ilə yaxından tanış olub.
Nümayəndə heyəti Xorqos Gömrük-Keçid Məntəqəsinin fəaliyyəti ilə də tanış edilib. Bildirilib ki, məntəqədə 4 qəbul və 4 göndərmə zolağı olmaqla hazırda 8 zolaq üzrə gün ərzində 1200 yük nəqliyyat vasitələrinin keçidi təmin edilir. Artan yük axını nəzərə alınaraq növbəti iki il ərzində qəbul və göndərmə zolaqlarının sayının 20-yə çatdırılması nəzərdə tutulur.
Logistik mərkəzlə milli daşıyıcılar arasında əməkdaşlığın qurulması imkanları müzakirə edilib, milli daşıyıcılarla logistik mərkəzlər arasında əlaqələrin qurulması üçün işlərə başlanılması barədə razılığa gəlinib.
Eyni zamanda, Xorqos şəhərində Çinin aidiyyəti dövlət orqanlarının, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyalarının, Azərbaycan və Çin daşıyıcılarının iştirakı ilə Simpozium keçirilərək beynəlxalq yük daşımaları zamanı daşıyıcıların qarşılıqlaşdıları çətinliklər, onların aradan qaldırılması yolları, eləcə də daşıyıcılar arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə olunub.
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb, kəsilən inəklərin başını da səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb










