"Azərbaycan Dəmir Yolları" ABŞ-la əməkdaşlığını genişləndirir

“Azərbaycan Dəmir Yolları” QSC-də ABŞ-ın Azərbaycandakı səfiri olmuş Robert Sekuta, ABŞ-ın Birləşmiş Ehtiyat Qüvvələrinin rəhbəri, kontr-admiral Ron Maklaren, Xəzər Araşdırma Mərkəzinin direktoru Əfqan Niftiyevin iştirakı ilə görüş keçirilib. Bu barədə Avtosfer.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, görüşdə “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanov bildirib ki, son illər nəqliyyat sisteminin, xüsusilə də dəmir yolunun inkişafı sayəsində Azərbaycan iri tranzit və logistik mərkəzə çevrilməkdədir. Beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində uğurlu addımlar atılır, mövcud dəmir yolu infrastrukturu modernləşdirilir. Cavid Qurbanov Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”, Cənub-Qərb nəqliyyat dəhlizləri barədə də ətraflı məlumat verib.
Sonra qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
R.Maklaren Azərbaycanın nəqliyyat-logistika, tranzit imkanlarının genişləndirilməsi istiqamətində görülən işlərdən məmnun qaldıqlarını, ikitərəfli əlaqələrin bundan sonra daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Fidan
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO










