Azərbaycan Dəmir Yolları kimi aldadır? - "Təmir" olunan tunel yenə su ilə doldu - VİDEO

Sentyabrın əvvəlində yağışdan sonra dolan tunel yenidən gündəmə gəlib. Belə ki, Bakının Sabunçu rayonunda yeni tikilən tuneldə keçid yenə də çətinləşib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Azərbaycan Dəmir Yollarına aid tunel dəmir yolu xəttinin altında tikilib və tikinti işlərini “Körpü-Bina-Tikinti” şirkəti həyata keçirib. Həmin zaman güclü yağışlar nəticəsində tuneldə iki maşın tamamilə sular altında qalmışdı. İki ay öncəki hadisədə rəsmilər suyun çəkiləcəyini və problemin aradan qaldırılacağını bildirmişdilər.
Lakin bu gün jurnalist İlkin Muradovun hadisə yerindən paylaşdığı videoda görünür ki, gecə yağan yağışlar nəticəsində yenə tuneldə təxminən 1 metr dərinliyində gölməçə yaranıb. Nisbətən hündür maşınlar sudan keçə bilsə də, digər avtomobillərin hərəkətinə məhdudiyyət yaranıb. Ərazidə isə rəsmi şəxslər və ya suyun çəkilməsi üçün tədbir görən işçilər yoxdur.
Qeyd edək ki, bu yol paytaxt mərkəzi ilə Sabunçu qəsəbəsini birləşdirir.
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI











