“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi - FOTO

Qazaxıstanın paytaxtı Nur-sultan şəhərində “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının (TDƏŞ) XXVIII plenar iclası keçirilir.
Avtosfer.az xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayındə heyəti iştirak edir.
İclasda TDƏŞ sədri, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozyorovun “Avrasiya nəqliyyat marşrutları: tranzit potensialının inkişafı” məruzəsi dinlənilib.
Sonra tədbir iştirakçıları tərəfindən TDƏŞ-in 27-ci plenar iclasının qərarlarının icrası, TDƏŞ sədr müavinlərinin hesabatları, Avropa-Asiya bağlantısında dəmir yolu dəhlizlərinin inkişafı, Asiya-Avropa bağlantısında konteyner qatarlarının tərkibində yük daşınmasının təşkili və həyata keçirilməsinin praktikası və problemləri, xətt xidməti və intermodal daşımaların inkişafı, nəqliyyat və logistika sahəsində rəqəmsallaşdırma, intellektual sistem və texnologiyaların tətbiqi, TDƏŞ-in “Elektron qatar” və “İnteqrasiya rəqəmsal platforması” layihələri müzakirə olunub.
Həmçinin tədbirdə Avropa-Asiya bağlantısında multimodal daşımaların fasiləsiz təşkilini təmin etmək üçün dəniz limanlarının infrastrukturunun və nəqliyyat imkanlarının inkişafı, Avropa-Asiya bağlantısında daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, TDƏŞ-in “Təhlükəsizlik qatarı” layihəsi, elektron yük monitorinqi sistemləri, yüklərin sığortalanması, TDƏŞ-in hökumət, beynəlxalq və qeyri-hökumət qeyri-kommersiya təşkilatlar ilə əməkdaşlığı, Transavrasiya dəmir yolu və multimodal daşımalarının inkişafının iqtisadi aspektləri, mövcud vəziyyəti və perspektivləri müzakirə obyekti olub.
Plenar iclasda, eyni zamanda təşkilati məsələlərə toxunulub, “Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasına yeni üzvlərin qəbulu məsələsinə baxılıb və “Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvü seçilib.
“Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurası” Beynəlxalq Assosiasiyasının XXVIII plenar iclası sabah işini davam etdirəcək.
Məlumat üçün deyək ki, Transsibir Daşımaları üzrə Əlaqələndirmə Şurasının yaradılması haqqında Bəyannamə 1993-cü ildə Moskvada imzalanıb. Hazırda Şurada 100-ə yaxın şirkət, o cümlədən 24 ölkənin - Almaniya, Avstriya, Belarus, Bolqarıstan, Estoniya, Finlandiya, Fransa, Çin, Çexiya, İsveçrə, İsveç, Koreya Respublikası, Latviya, Litva, Macarıstan, Monqolustan, Norveç, Polşa, Qazaxıstan, Rusiya, Slovakiya, Ukrayna və Yaponiyanın dəmir yolları, dəniz limanları, nəqliyyat və logistika, sığorta, konsaltinq, informasiya texnologiyaları şirkətləri, mühafizə və istehsal müəssisələri, milli operator və ekspeditor assosiasiyaları təmsil olunmaqdadır. Şuranın əsas vəzifəsi Transavrasiya marşrutlarına əlavə yük həcmini cəlb etmək məqsədilə Avropa-Asiya bağlantısında yük daşınması iştirakçılarının fəaliyyətini əlaqələndirməkdir.
Orxan
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb, kəsilən inəklərin başını da səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR
Donald Trampa edilən sui-qəsd cəhdi hansı mesajı daşıyırdı? - AÇIQLAMA
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Prezident "Sülh və Barışıq üçün Gernika mükafatı"na layiq görülüb

















