“Azərbaycan Dəmir Yolları”nın Gürcüstan filialı bəyanat yayıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı Axalkalaki dəmir yolu stansiyasında işçilərin tətili ilə bağlı bəyanat yayıb. Avtosfer.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bəyanatda bildirilir ki, filialın nümayəndələri və işçilər arasında Axalkalaki dəmir yolu vağzalı ərazisində görüş keçirilib. Görüşdə işçilərin əməkhaqları ilə bağlı yaranan borcun ödənilməsi ilə bağlı məsələ müzakirə olunub. Danışıqlardan sonra işçilər tətili dərhal dayandırıblar. Şirkət maaşların iyulun 24-dən etibarən ödəniləcəyinə söz verib. “Azərbaycan Dəmir Yolları” QSC-nin Gürcüstan filialı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsinin inşasını həyata keçirir. Bu gün Axalkalaki stansiyasına Türkiyədən yük qatarı gəlib. Əməkhaqlarının bir neçə ay ödənilməməsinə etiraz edən işçilər relslərin üstündə oturublar. Şirkət nümayəndələri ilə danışıqlardan sonra işçilər etirazı dayandıraraq, işlərini davam etdiriblər.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











