Azərbaycan ilk dəfə paravelosiped idman növü üzrə dünya çempionatına qatılıb

Azərbaycan təmsilçisi ilk dəfə olaraq 49 ölkənin qatıldığı paravelosiped idman növü üzrə dünya çempionatında iştirak edir. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, Hollandiyanın Emmen şəhərində baş tutan yarışda ölkəmizi velosiped idman növü üzrə paralimpiya yığma komandasının üzvü Mehman Ramazanzadə təmsil edib.
İdmançımız bu gün 20.8 kilometr məsafədə 18 ölkənin təmsilçisi ilə yarışıb. Bu yarış fərdi xarakter daşıyıb. Hər bir idmançı trasa fərdi olaraq çıxıb və sonda finişə ən tez çatmış idmançıların nəticələrinə əsasən qaliblər müəyyən olunub.
Azərbaycan təmsilçisi bazar günü qrup yarışlarında da iştirak edəcək.
Xatırladaq ki, paravelosiped idman növü ölkəmizdə bir il öncə yaradılıb. Komandanın baş məşqçisi Amid Həsənquliyevdir. Hazırda Azərbaycanın Uşaq Paralimpiya Komitəsində paravelosiped idman növü üzrə də seksiyalar təşkil edilir.
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA










