Azərbaycan mülki aviasiya təhlükəsizliyini gücləndirəcək

Azərbaycan mülki aviasiyanın inkişaf templərinə görə regionda aparıcı ölkələrdən biridir. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, bunu Dövlət Mülki Aviasiya Agentliyinin rəhbərinin müavini Hacıağa Əliyev Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Avropa və Şimali Atlantika regionu üzrə bürosunun təşkilatçılığı ilə ICAO-nun Şərq, Orta Asiya, Avropanın Balkan və Baltikyanı ərazilərinin dövlətləri üçün VII Aviasiya Təhlükəsizliyi (AVSEC) və Formallıqların sadələşdirilməsi (FAL) üzrə regional seminarda mıxış edərkən deyib.
Onun sözlərinə görə, son illər Azərbaycanda mülkü aviasiya sahəsi sürətlə inkişaf edir, hava nəqliyyatı ilə sərnişin və yükdaşımaların həcmində artım müşahidə edilir. “Bu, aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində qarşımızda yeni məqsədlər qoyur”, - deyə H.Əliyev əlavə edib.
O həmçinin qeyd edib ki, Azərbaycanda “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı” 2012-ci ildə qəbul edilib və bu sahənin inkişafı üçün böyük işlər görülüb. Buna baxmayaraq, proqramın qəbul edilməsindən 7 ildən artıq vaxt keçib və hazırda ICAO-nun yeni tələblərinə əsasən, proqramda bəzi məqamların baxılmasına zərurət yaranıb.
Qeyd edək ki, BMT-nin ixtisaslaşmış qurumu olan ICAO bütün dünyada beynəlxalq mülki aviasiyanın təhlükəsiz və nizamlı inkişafına yardım məqsədilə 1944-cü ildə təsis edilib. Təşkilat uçuşların, aviasiya təhlükəsizliyinin, səmərəliliyin, buraxılış qabiliyyətinin və ətraf mühitin mühafizəsinin təmin edilməsi üçün zəruri olan standartları və qaydaları müəyyən edir. Azərbaycan Respublikası 1992-ci ildən ICAO-nun üzvüdür.
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO










