Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA

Moskvada Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin üzərinə Azərbaycan əleyhinə təxribat xarakterli yazıların asılması iki ölkə arasında münasibətlərin yenidən gündəmə gəlməsinə səbəb olub.
Avtosfer.az xəbər verir ki, hadisə Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən qrupların mövcudluğu, onların mümkün məqsədləri və təxribatın arxasında dayanan amillərlə bağlı müzakirələri artırıb. Sözügedən addımın hansı məqsədə hesablandığı, bu qüvvələri narahat edən amillər və Rusiya hökumətinin hadisəyə münasibətinin gecikməsi diqqət çəkən əsas məqamlar sırasındadır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Rusiyada çox təəssüf ki, zaman-zaman bu kimi halların şahidi oluruq. Demək olar ki, bu addımların atılmasının əsas səbəbi məhz Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən qüvvələrin mövcudluğudur:

''Keçən il, Azərbaycan səfirliyinə və Azərbaycan diasporuna qarşı təxribatların həyata keçirilməsi və bu kimi addımlar göstərirdi ki, Rusiyada hələ də Azərbaycanı həzm etməyən, Azərbaycanla əlaqələrin möhkəmlənməsində maraqlı olmayan və əksinə, münasibətlərin pozulmasında maraqlı olan qüvvələr var. Çox təəssüf ki, bu dövlətdə öz imperial maraqlarını hər şeydən üstün tutan qüvvələr fəaliyyət göstərir. Həmin qüvvələr Rusiyanın keçmiş sovet ölkələri ilə münasibətlərinin normallaşmasını qəbul etmək istəmirlər. Azərbaycan artıq regionun aparıcı dövlətidir. Faktiki olaraq, bu regionda siyasət həyata keçirmək istəyən dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşmalı olurlar. Azərbaycan artıq öz siyasi xəttini özü müəyyənləşdirir. Bu da təbii ki, ölkəmizdə anti-imperial maraqları olan qüvvələri ciddi şəkildə narahat edir və onlar aktiv şəkildə Azərbaycana qarşı təbliğat aparırlar''.
Politoloq qeyd edib ki, Azərbaycan səfirliyinin qarşısında həyata keçirilən həmin bədnam aktın əsas müəllifləri də məhz bu qüvvələrdir:
''Təəssüf doğuran digər məqam isə Rusiya hökumətinin bu hadisələrə lazımi reaksiyanı verməməsi və ya gecikdirməsidir. Bu da istər-istəməz iki dövlət arasındakı münasibətləri ciddi şəkildə sual altına qoyur. Rusiya hökuməti iki ölkə arasındakı əlaqələrin inkişafında maraqlıdırsa, lazımi addımları vaxtında atmalıdır''.
Milli Məclisin deputatı Arzuxan Əlizadənin fikrincə isə, Rusiyada Azərbaycan səfirliyinin qonaq evinin üzərinə təxribat xarakterli yazıların asılması ilk növbədə ictimai rəyi qıcıqlandırmağa və Azərbaycan-Rusiya münasibətlərində əlavə gərginlik yaratmağa hesablanmış addım kimi qiymətləndirilə bilər:

''Xüsusilə son dövrdə iki ölkə arasında münasibətlərin həssas mərhələdən keçdiyi bir vaxtda belə əməllərin törədilməsi təsadüfi görünmür. Burada əsas məqsəd Azərbaycan cəmiyyətində Rusiyaya qarşı mənfi münasibəti gücləndirmək və iki ölkə arasında onsuz da mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirmək ola bilər.
Bu təxribatın arxasında hansı qüvvələrin dayandığını demək üçün, əlbəttə, istintaqın nəticələrini gözləmək lazımdır. Lakin Rusiyada Azərbaycan əleyhinə fəaliyyət göstərən ayrı-ayrı qrupların və dairələrin olması, onların zaman-zaman anti-Azərbaycan ritorikası ilə çıxış etməsi danılmazdır. Eyni zamanda, belə qrupların fəaliyyətinin arxasında Rusiya dövlətinin və ya hökumətinin dayandığını təsdiqləyən konkret faktlar olmadan belə bir ittiham irəli sürmək doğru olmaz. Bununla belə, əgər hadisə Rusiya ərazisində baş veribsə, onun qarşısının alınması və obyektiv araşdırılması Rusiya dövlətinin birbaşa məsuliyyətidir”.
Deputat əlavə olaraq bildirib ki, Rusiya hökumətinin və aidiyyəti qurumların hadisəyə aydın və prinsipial münasibət bildirməsi vacibdir:
“Çünki diplomatik obyektlərə və Azərbaycan diplomatik nümayəndələrinin istifadə etdiyi məkanlara qarşı hər hansı təxribat beynəlxalq hüquq və diplomatik normalar baxımından yolverilməzdir.
Moskvanın susqunluğu cəmiyyətdə haqlı suallar yarada bilər. Rusiya tərəfi hadisəni operativ şəkildə araşdırmalı, təşkilatçı və icraçıları müəyyənləşdirərək hüquqi məsuliyyətə cəlb etməli və bunun dövlət siyasəti olmadığını konkret addımlarla nümayiş etdirməlidir. Azərbaycan isə bu məsələdə emosional deyil, prinsipial və hüquqi mövqe nümayiş etdirməlidir''.
Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanıb.
.png)
Müəllif: Fatimə Dadaşova
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO










