Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI

Azərbaycan və Ukrayna arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yeni mərhələ başlayıb. İki ölkənin səhiyyə sahəsində əməkdaşlıq haqqında sazişinin təsdiqlənməsi qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələr baxımından diqqət çəkir.
Avtosfer.az xəbər verir ki, sazişin təsdiqlənməsi Azərbaycan-Ukrayna münasibətlərində səhiyyə və tibb elmi istiqamətində əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir. Bəs bu əməkdaşlıq iki ölkənin siyasi münasibətlərinə necə təsir göstərə bilər və Ukraynanın hazırkı vəziyyəti fonunda hansı yeni imkanlar yarana bilər?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Ukrayna arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlığa dair sazişin təsdiqlənməsi iki ölkə arasında humanitar əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm addımdır:

"Bu sənəd səhiyyə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin artırılması və elmi-tədqiqat istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Bu əməkdaşlıq yalnız tibbi sahə ilə məhdudlaşmır, eyni zamanda ölkələrarası siyasi dialoqun, qarşılıqlı etimadın və dostluq münasibətlərinin möhkəmlənməsinə birbaşa töhfə verir. Humanitar və sosial istiqamətlərdə qurulan belə əlaqələr iki ölkənin bir-birinə göstərdiyi dəstəyin mühüm göstəricisi olmaqla yanaşı, gələcəkdə digər strateji sahələrdə də əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Ukraynanın hazırkı mürəkkəb dövründə səhiyyə sahəsində tərəfdaşlığın xüsusi əhəmiyyəti var. Belə əməkdaşlıq çərçivəsində zəruri humanitar yardımın göstərilməsi, dərman və tibbi avadanlıqların təminatı, müasir müalicə metodlarının tətbiqi, habelə tibbi təcrübə və biliklərin qarşılıqlı şəkildə bölüşdürülməsi üçün yeni imkanlar formalaşır. Xüsusilə müharibədən zərər çəkmiş insanların tibbi və psixoloji reabilitasiyası istiqamətində təcrübə mübadiləsi hər iki tərəf üçün mühüm praktiki əhəmiyyət daşıyır".
Politoloq qeyd edib ki, bununla yanaşı, Azərbaycan və Ukrayna mütəxəssislərinin birgə fəaliyyəti nəticəsində reabilitasiya mərkəzlərinin işinin təkmilləşdirilməsi, tibbi kadrların peşəkar hazırlığının gücləndirilməsi və səhiyyə sistemində müasir yanaşmaların tətbiqi istiqamətində mühüm nəticələrin əldə edilməsi mümkündür:
"Birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tibb müəssisələri və elmi qurumlar arasında əlaqələrin genişləndirilməsi, mütəxəssislərin qarşılıqlı səfərləri və təlim proqramlarının təşkili də bu əməkdaşlığın mühüm istiqamətlərindən biri ola bilər. Bu baxımdan, sözügedən saziş yalnız mövcud əməkdaşlığın hüquqi əsaslarını möhkəmləndirən sənəd deyil, həm də gələcəkdə səhiyyə və tibb elmi sahəsində daha sistemli və uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edən mühüm platformadır. Tərəflər arasında bilik, təcrübə və innovativ tibbi texnologiyaların paylaşılması səhiyyə sistemlərinin inkişafına, tibbi xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılmasına mühüm töhfə verə bilər. Belə dəstək və əməkdaşlıq təşəbbüsləri Azərbaycanın beynəlxalq müstəvidə həyata keçirdiyi humanitar missiyanın güclənməsinə də xidmət edir. Azərbaycanın çətin vəziyyətlə üzləşən ölkələrə və xalqlara humanitar dəstək göstərməsi onun beynəlxalq tərəfdaşlıq və həmrəylik siyasətinin mühüm tərkib hissəsidir. Ukrayna ilə səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi də bu yanaşmanın praktiki ifadələrindən biri kimi qiymətləndirilə bilər.
Nəticə etibarilə, saziş iki ölkə arasında yalnız institusional əməkdaşlığın deyil, həm də uzunmüddətli dostluq və strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".
Fatimə
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










