Azərbaycan və Ermənistan arasında ikitərəfli ticarət: Hansı gözləntilər var?

"Azərbaycanla Ermənistan arasında yeni mərhələ başlayır. Yeni iqtisadi əlaqələr yaranır. Son illərdə iki ölkə arasında aparılan müzakirələr göstərir ki, normallaşma artıq sözdə deyil, konkret siyasi, hüquqi və iqtisadi məsələlər üzərində qurulan vacib bir proses kimi dəyərləndirilir". Avtosfer.az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O bildirib ki, ölkələr arasında keçirilən görüşlər tərəflərin birbaşa dialoqu davam etdirmək iradəsini nümayiş etdirir:
"Artıq bu dövlətlər normallaşma mərhələsinin öhdəsindən layiqincə gəliblər, indi qarşılıqlı əlaqələrin inkişafına yönəlməyin zamanıdır. Bu günə kimi iki ölkə arasında hər zaman vasitəçilər olurdu, məhz bu amil də köhnə münaqişənin aktuallığını qoruyub saxlayırdı. İndi isə qarşılıqlı əlaqələrin inkişafına fokuslanmaq lazımdır. Məhz bu formatda aparılan təmaslar siyasi ritorikanın praqmatik müstəviyə keçməsi və həssas məsələlərin vasitəçilərsiz müzakirə edilməsi baxımından mühüm siqnal kimi qiymətləndirilə bilər.
Uzun illər bağlı qalan nəqliyyat və ticarət xətləri region ölkələrinin iqtisadi potensialının tam reallaşmasına mane olub. Bu məhdudiyyətlərin aradan qaldırılması, tranzit imkanlarının bərpası və qarşılıqlı ticarətin təşviqi həm Azərbaycan, həm də Ermənistan üçün real iqtisadi dividendlər vəd edir. Həmçinin, bu addımlar Cənubi Qafqazın daha geniş regional və qlobal iqtisadi şəbəkələrə inteqrasiyasını sürətləndirə bilər.
Ermənistan üçün isə bu proses regional layihələrdə iştirak, iqtisadi təcriddən çıxış və uzunmüddətli inkişaf perspektivləri baxımından olduqca zəruridir. Ölkə Azərbaycan vasitəsilə regional layihələrdə iştirak edə biləcək. Deyərdim ki, atılan bu addımlar yalnız iki ölkə arasındakı münasibətlərin deyil, Cənubi Qafqazın gələcək təhlükəsizlik və rifah mühitinin formalaşması baxımından da strateji əhəmiyyət daşıyır", - deyə Milli Məclis üzvü əlavə edib.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












