Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi açıqlandı

"Ötən il Azərbaycan və Rusiya arasında avtomobillə yükdaşımalarının həcmi 5.4 milyon tondan artıq olub".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, əvvəlki illə müqayisədə sözügedən göstərici təxminən 9% artıb.
"Bu gün imzalanması nəzərdə tutulan "e-CMR" elektron qaiməsinin tətbiqi üzrə yol xəritəsi mühüm əhəmiyyət kəsb edir. Bu sənədin həyata keçirilməsi nəqliyyat-logistika sahəsinin rəqəmsallaşdırılması yolunda mühüm addım olacaq, daşıma prosedurlarını əhəmiyyətli dərəcədə sadələşdirməyə və ölkələrimiz arasında yük axınlarının şəffaflığını və səmərəliliyini artırmağa imkan verəcək", - deyə hökumət rəsmisi qeyd edib.
Ş.Mustafayev əlavə edib ki, coğrafi mövqeyinə görə Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarında mühüm tranzit qovşağı kimi çıxış edir:
"Tərəfdaşlarımızla, o cümlədən Rusiya ilə birlikdə bu dəhlizləri tam buraxılış gücünə çıxarmaq məqsədilə infrastrukturun modernizasiyası və inkişafı üzrə sistemli iş aparılır. Azərbaycan öz ərazisində nəqliyyat infrastrukturunun inkişafına böyük investisiyalar yatırıb".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












