Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılır - VİDEO

Bu ilin avqust ayında Naxçıvan Muxtar Respublikası və Türkiyə arasında fəaliyyət göstərən yeni hava dəhlizinin açılışı baş tutdu. Naxçıvan Muxtar Respublikasının geosiyasi mövqeyini nəzərə alsaq, “Dostluq dəhlizi” önəmli strateji əhəmiyyətə malikdir. Dəhlizin sayəsində iki ölkə arasında digər qonşu dövlətlərin ərazilərini yan keçərək birbaşa hava əlaqəsi yaratdı.
Birbaşa hava dəhlizi Araz çayı boyunca uzanan iki ölkə arasındakı 15 kilometrlik sərhəddən keçir. Qeyd edək ki, 28 May 1992-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə burada avtomobil körpüsü və Sədərək-Dilucu sərhəd-keçid məntəqəsi açıldı.
Digər ölkələrin ərazisini yan keçərək Naxçıvan və Türkiyə arasında əlaqə yaradılmasına imkan yaradacaq dəhlizinin açılması ilə bağlı intensiv işlərə 2018-ci ildə başlandı.
Layihə “Azəraeronaviqasiya” (AZANS), Türkiyənin Dövlət Hava Limanları Təşkilatı (DHMİ) və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) əlaqələndirilmiş işi sayəsində qısa müddətdə həyata keçirildir.
Dövlətlərarası bütün zəruri razılaşmalar əldə edildi və imzalandı. Layihənin unikallığı ondan ibarətdir ki, yeni dəhliz qonşu ölkələrin ərazilərinə çox yaxın məsafədən keçir. Bu məqsəd ilə AZANS yeni hava dəhlizinə İCAO-nun xüsusi tələblərini tətbiq etdi.
Türkiyə ilə yeni hava dəhlizinin açılması yeni beynəlxalq uçuşların həyata keçirilməsi və Naxçıvan Muxtar Respublikası ilə hava əlaqələrinin genişlənməsinə böyük töhfə verəcək.
AZANS – “Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olub, Azərbaycanın hava məkanına görə məsuliyyət daşıyır və regionun ən böyük hava hərəkəti idarəsidir. Ümumi məsuliyyət sahəsi 165,4 min kvadrat kilometrdir, bunun da 86,6 mini ölkənin quru ərazisi, 78,8 min kmilometri isə Xəzər dənizi üzərindəki hava məkanıdır.
Azərbaycanın hava məkanından 20 beynəlxalq hava dəhlizi keçir, marşrut şəbəkəsinin uzunluğu isə 11 min kilometrə yaxındır.
“Azərbaycan Hava Yolları” yeni “Dostluq dəhlizi”nə həsr olunmuş video hazırlamışdır.
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










