Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb - FOTO

Cari ilin ilk günlərində 33 min ton şəkər yükü ilə Qvatemalanın ən böyük dəniz limanı olan Puerto-Ketsal limanından yola çıxan ASCO-nun “Handysize” tipli “Xocalı” quru yük gəmisi təyinat nöqtəsinə çatıb.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, gəmi hazırda ABŞ-ın qərb sahilində, San-Fransisko şəhəri yaxınlığındakı Kroket limanında yükboşaltma əməliyyatını yerinə yetirir.
Qeyd edək ki, bu gəmi ASCO-nun Xəzərdənkənar sularda yükdaşıma potensialının artırılması və fəaliyyət coğrafiyasının diversifikasiyası məqsədilə ötən ilin mayında istismara verilib.
Məhdudiyyətsiz üzmə imkanlarına malik olan “Xocalı” gəmisinin dedveyti 38593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 uzeldir. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO












