Azərbaycana narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İrandan gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Komitədən Avtosfer.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərində qanunla qadağan olunan hər hansı predmet aşkarlanmasada, daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın tibbi müayinəsi nəticəsində daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofonda 7 ədəd büküm aşkarlanıb. Həmin bükümlərə baxış zamanı 3 ədəd bükümdə 56 qram narkotik vasitə - marixuana, 1 ədəd bükümdə 36 qram narkotik vasitə - heroin, 1 ədəd bükümdə 34 qram narkotik vasitə - tiryək, 1 ədəd bükümdə 22 qram psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə 53 qram narkotik vasitə - həşiş, həmçinin həmin bükümdə 11 ədəd üzərində "M40" və 10 ədəd üzərində "M20" nişanəsi olan"metadon" adlı həblər olduğu müəyyən edilib.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Namiq
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA











