Azərbaycana qarşı hibrid hücumların məqsədi nədir? – POLİTOLOQ

Milli Məclisin xarici müdaxilələr və hibrid təhdidlərlə bağlı komissiyasının Azərbaycana yönələn hibrid hücumlarla bağlı bəyanatı bu təhdidlərin mahiyyəti və onlara qarşı mübarizə yollarını yenidən gündəmə gətirib.
Müasir dövrdə hibrid təhdidlər yalnız hərbi vasitələrlə deyil, həm də dezinformasiya, kiberhücumlar və informasiya manipulyasiyaları vasitəsilə həyata keçirilə bilər.
Avtosfer.az xəbər verir ki, bu cür təhdidlərin hansı formalarda özünü göstərdiyi, onların arxasında hansı geosiyasi məqsədlərin dayana biləcəyi və Azərbaycanın informasiya təhlükəsizliyinin gücləndirilməsi üçün hansı addımların atılmasının vacibliyi ilə bağlı müzakirələr aktuallaşıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycana qarşı hibrid təhdidlər əsasən dezinformasiya, sosial şəbəkələrdə manipulyasiya, kiberhücumlar, dini və ideoloji təxribatlar, eləcə də cəmiyyətdə süni qarşıdurma yaratmaq cəhdləri formasında özünü göstərə bilər:

"Bu fəaliyyətlərin arxasında Azərbaycanın müstəqil xarici siyasətinə təsir göstərmək, regional mövqelərini zəiflətmək və cəmiyyətdə dövlət institutlarına etimadı sarsıtmaq kimi geosiyasi məqsədlər dayana bilər.
Lakin konkret hücumların arxasında kimin dayanması yalnız sübutlarla müəyyən edilməlidir.
Belə təhdidlərin qarşısını almaq üçün Azərbaycanın kibertəhlükəsizlik imkanları gücləndirilməli, dövlət qurumları arasında operativ məlumat mübadiləsi təmin olunmalı və dezinformasiyaya qarşı çevik informasiya siyasəti həyata keçirilməlidir. Eyni zamanda, əhalinin media savadlılığının artırılması, saxta məlumatların vaxtında ifşası və ictimaiyyətə şəffaf məlumat verilməsi vacibdir. Çünki hibrid təhdidlərə qarşı mübarizədə təkcə texnologiya deyil, cəmiyyətin dövlətə etimadı və informasiya manipulyasiyalarına qarşı dayanıqlığı da həlledici əhəmiyyət daşıyır".
Fatimə
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












