Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ

Azərbaycana qarşı yönələn müəyyən informasiya mühitini çirkləndirmə hallarının əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktorunun müavini Natiq Məmmədli "İnsan Hüquqları Aylığı" çərçivəsində Hüquq və İnsan Haqları İnstitutunun MEDİA ilə birgə media nümayəndələri üçün "Media və insan hüquqları" mövzusunda keçirilən maarifləndirici məlumat sessiyasında deyib.
Onun sözlərinə görə, insan hüquqları çərçivəsində media nümayəndələri ilə aparılan məlumatlandırma sessiyaları çərçivəsində müsbət dinamika izlənilir:
"İnsan hüquqları priotetdir. Düzdür, bəzi çatışmazlıqlar var, xüsusilə uşaq hüquqları və yeniyetmələrlə bağlı məlumatlarda buna rast gəlinir".
N.Məmmədli bildirib ki, Azərbaycana qarşı yönələn müəyyən təhdidlər, informasiya mühitini çirkləndirmə halları var:
"Əksəriyyəti insan hüquqları üzərindən edilmiş spekulyasiyalardan ibarətdir. Bizim media insan hüquqlarının prinsipini, onun doğru işıqlandırılması işini düzgün qura bilsə, Azərbaycanın beynəlxalq imicinin formalaşmasına da böyük töhfə vermiş olar".
MEDİA rəsmisi Azərbaycanda uşaqların sosial şəbəkələrdəki zərərli informasiyalardan qorunması istiqamətində müzakirəyə çıxarılan qanun layihəsinə toxunub:
"Azərbaycan dövləti öz yeni nəslini sağlam, dövlətçilik əxlaqına, ailə, milli-mənəvi dəyərlərə uyğun olaraq tərbiyə olunmasını istəyir. Bu bizim gələcəyimizdən asılı olan bir məsələdir".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












