Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərlə BAĞLI YENİLİK

Azərbaycana müntəzəm reyslər həyata keçirən aviaşirkətlərin stimullaşdırılması məqsədilə subsidiya mexanizminin işə salınması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun (ATB) İdarə Heyətinin sədr müavini Rəşad Əliyev bildirib.
Onun sözlərinə görə, sözügedən mexanizm hazırlıq mərhələsində olan turizm sahəsi üzrə yeni dövlət proqramında əks olunub.
"Dövlət proqramına Azərbaycana uçuşlar gerçəkləşdirən aviaşirkətlərə yönəlik subsidiya mexanizmini daxil etmişik. Əsas hədəf yeni istiqamətlər üzrə uçuşların başladılmasını və hazırda mövcud olan reyslərin sayının çoxaldılmasını stimullaşdırmaqdır. Beynəlxalq aviaşirkətlər yeni marşrut müəyyənləşdirərkən aeroport yığımları, xidmət haqları, vergi öhdəlikləri və sair məsrəfləri nəzərdən keçirir, daha əlverişli şərtlər irəli sürən ölkələrə üstünlük verirlər. Bir sıra dövlətlər, o cümlədən Özbəkistan fəal subsidiya strategiyası tətbiq edərək aviaşirkətləri, turizm operatorlarını, otelləri və digər turizm sahəsi iştirakçılarını maliyyə baxımından dəstəkləyir. Biz də rəqabətədavamlılığımızı gücləndirmək məqsədilə bu sahədə dəstək mexanizmi formalaşdırmağı nəzərdə tuturuq", - deyə o qeyd edib.
R. Əliyev həmçinin vurğulayıb ki, yeni dövlət proqramında Azərbaycana aşağıbüdcəli ("low-cost") aviaşirkətlərin cəlb edilməsi də əsas prioritet istiqamətlərdən biri olaraq müəyyən olunub.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












