Azərbaycanda 175 min manata mobil nömrə satılır - FOTO

Bəzi insanlar işlətdikləri telefon nömrəsinin və ya avtomobilinin dövlət qeydiyyat nişanının daha cəlbedici, yəni xüsusi və ya “zerkalnı” olmasını üstün tutur. Onlar bu nömrələrin yadda qalmasını, estetik görünməsini və bəzən də status göstəricisi olmasını vacib sayır. Bu səbəbdən, belə nömrələr bəzən yüksək məbləğlərə satılır.
Avtosfer.az xəbər verir ki, alış-veriş platformalarında satışa çıxarılan xüsusi telefon nömrələrinin qiymətləri bəzən bir mənzil və ya avtomobilin dəyərinə bərabər olur. Məsələn, “Azercell” operatoruna məxsus (060) 211-14-00 nömrəsi 175 min manata təklif olunur.
Bundan əlavə, 130 min, 132 min və 140 min manat qiymətlərlə satışda olan digər oxşar nömrələr də mövcuddur. Satıcılar bu nömrələrin unikal ardıcıllığa malik olduğunu və status simvolu kimi dəyərləndirildiyini bildirirlər.
Belə nömrələrin yüksək qiymətə satılması bazarda süni təlabatla əlaqədardır. Hər halda, görünən odur ki, xüsusi nömrə sahibi olmaq bəzi insanlar üçün hələ də prestij məsələsi olaraq qalır.
Eltac Zülfüqaroğlu


İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












