Azərbaycanda 30 nəfərin işgəncədən ölməsi barədə məlumatlar yalandır - BƏYANAT

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi bəyanat yayıb.
Komitədən Avtosfer.az-a daxil olan bəyanatda qeyd olunub ki, son günlər bəzi şəxslər komitə adından istifadə edərək açıqlamalar verir, təşkilatın adına ləkə gətirir: "Özlərini "Repressiya və İşgəncələr Əleyhinə Komitə" adlandıran qurum bizim komitənin adından sui-istifadə edir. Həmin ad altında birləşən şəxslər mətbuat konfransı keçirərək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin adından həqiqətə uyğun olmayan bəyanatlar veriblər. Onlar bizim komitənin adından istifadə etməklə özlərini reklam edir, İşgəncələrə qarşı Komitənin imicinə zərər vurmaq istəyir. Bildiririk ki, həmin adamlar İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin üzvləri deyil və bizim komitənin adından heç bir bəyanat yaya bilməzlər. Biz işgəncələrə qarşı mübarizə aparan təşkilatıq, mütəmadi olaraq işgəncə faktlarının araşdırılması ilə bağlı məşğuluq. Bildiririk ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsi işgəncə faktları ilə bağlı heç bir bəyanat verməyib. Bir qrup şəxs özbaşına yığılaraq bizim təşkilatın adından tədbir keçirib və orada ağlasığmaz bəyanatlar verib, guya Azərbaycanda 30 nəfərdən artıq şəxsin işgəncədən dünyasını dəyişdiyini bəyan edib. Həmin şəxslər bu cür iyrəncliklə özlərini reklam etmək, ictimaiyyəti çaşdırmaq istəyirlər. Onlardan soruşmaq lazımdır ki, hansı əsasla, hansı statistikaya əsaslanaraq belə bir fantastik rəqəm açıqlayıblar. Bu cür insanlar müəyyən qruplaşma halında toplaşaraq ermənipərəst qüvvələrin sifarişi ilə Azərbaycana qarşı qarayaxma kompaniyası aparır, Azərbaycan dövləti və dövlətçiliyinə qarşı çıxırlar".
Bəyanatda həmçinin qeyd edilir ki, həmin şəxslər təşkil etdikləri qanunsuz yığıncaqda Azərbaycanın hüquq-mühafizə orqanları əməkdaşlarını "erməni" adlandırmaqla polis əməkdaşlarının şərəf və ləyaqətini təhqir ediblər.
Bu yollarda sıxlıq var - SİYAHI
Bəzi yollarda sıxlıq var - SİYAHI
Çinin Orta Dəhlizə marağı Azərbaycana hansı imkanları yaradır? - POLİTOLOQ
AQTA-nın yeni tələbindən sonra ət məhsulları bahalaşacaq - EKSPERT
Maşınların düşdüyü quyu ilə bağlı açıqlama - FOTOLAR
İnzibati xətanın təkrar törədilməsinə görə daha sərt cərimələr tətbiq olunacaq - HÜQUQŞÜNAS
İctimai nəqliyyatda problemlə qarşılaşanlara VACİB tövsiyə – Bu tətbiqdən istifadə edin
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA
Paşinyan İsrailin gündəmə gətirdiyi mövzudan niyə yayınır? - POLİTOLOQ
Sərxoş halda elektrikli velosiped idarə etdi CƏRİMƏLƏNDİ










