Azərbaycanda avtomobil benzini və dizel yanacağı istehsalı artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 400,9 mln. manat təşkil edib. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1% azdır.
Hesabat dövründə ölkədə 914,9 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 0,9% çoxdur. Bu il oktyabr ayının 1-i tarixinə 36,5 min ton avtomobil benzini ehtiyatı olub.
Digər neft məhsullarının istehsalına gəlincə, 202,4 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1 635,4 min ton dizel yanavağı, 95 min ton yanacaq mazutu istehsal olunub ki, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 19,7%, dizel yanacağı isehsalı 7,7%, yanacaq mazutu istehsalı 55,2% artıb.
Hesabat dövründə ölkədə 460,1 min ton ağ neft, 17 min ton sürtkü yağları, 185 min ton neft bitumu, 189,1 min ton neft koksu istehsal edilib. Ağ neft istehsalında 1,9%, sürtkü yağları istehsalında 84,3%, neft bitumun istehsalında 15,6%, neft koksunun istehsalında 3,5% azalma qeydə alınıb.
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA










