Azərbaycanda avtomobil yolları üçün yük normaları artırılıb

Azərbaycanda avtomobil yolları üçün hesabi yük norması artırılıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, yenidən qurulması, təmiri və avtomobil yollarının qəbul edilməsi zamanı müayinənin, yoxlamanın və sınağın keçirilməsi Qaydalarının təsdiq edilməsi haqqında” qərarına dəyişiklik edib.
İndiyə qədər avtomobil yolları layihələndirilərkən hesabi yük (iki oxlu avtomobilin ən çoxu yüklənmiş tək oxuna düşən yük) I—IV dərəcəli yollarda — 100 (10 t) kN, V dərəcəli yollarda — 60 (6 t) kN qəbul edilib.
IV dərəcəli yollar üzrə oxuna düşən yükü 60 kN (6 t)-dan böyük olan avtonəqliyyat vasitələrinin hərəkəti nəzərdə tutulmadıqda, həmin yollar 60 (6 t) kN hesabi yükə layihələndirilib.
Dəyişikliyə əsasən, artıq hesabi yük yol dərəcələrinə görə deyil, yol geiymlərinə görə hesablanacaq. Eyni zamanda hesabi yük normaları da artırılıb. Başqa sözlə, bundan sonra avtomobil yolları layihələndirilərkən hesabi yük (ikioxlu avtomobillərin ən çox yüklənmiş tək oxuna düşən yük) əsaslı tip yol geyimləri üçün115 kN (11,5 t), yüngülləşdirilmiş və keçid tipli yol geyimləri üçün 100 kN (10 t) qəbul ediləcək. Beynəlxalq daşımaları həyata keçirən ağırçəkili nəqliyyat vasitələrinin hərəkəti üzrə nəzərdə tutulan yollar (marşrutlar) üçün isə hesabi yük 130 kN (13 t) qəbul ediləcək.
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA











