Azərbaycanda bu halda İŞ DAYANDIRILMALIDIR

Azərbaycanda hava şəraiti ilə bağlı işin dayanıb-dayanmaması birbaşa qanunvericiliklə tənzimlənir. Qanunlara əsasən, təkcə yağışın yağması özlüyündə işin dayandırılması üçün əsas sayılmır. Lakin təhlükə yaradan hallarda istisnalar mövcuddur.
Avtosfer.az-ın xəbərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə, işçilərin həyat və sağlamlığı üçün real təhlükə yarandığı hallarda iş prosesi dayandırıla bilər. Bu, xüsusilə açıq havada və ya xüsusi texniki təhlükəsizlik tələb edən sahələrdə çalışanlara aiddir.
Maşını zibil yeşiklərinin yanında saxlayan sürücünü belə cəzalandırdılar - VİDEO
Aşağıdakı hallar mövcud olduqda işə fasilə verilə bilər:
Şiddətli yağış, fırtına, leysan və digər təhlükəli hava hadisələri işçinin həyatına risk yaradarsa;
Qəza və ya fövqəladə hal təhlükəsi yaranarsa;
Texniki təhlükəsizlik qaydalarının pozulması ehtimalı varsa (məsələn, elektrik xətləri ilə bağlı risk, sürüşmə təhlükəsi və s.).
Bu cür hallarda işə ara vermək işəgötürən üçün hüquqi öhdəlikdir. Əks halda məsuliyyət daşıya bilər.
İşəgötürən – təhlükə ehtimalı olan sahədə işi dayandırmaq barədə qərar verə bilər.
FHN və digər dövlət qurumları – güclü fırtına, sel və ya təbii fəlakət riski olduğu halda xüsusi xəbərdarlıq edərsə, müəssisələr bu qərara uyğun hərəkət etməlidir.
Sadəcə yağış yağması işin dayandırılması üçün əsas deyil. Lakin təhlükəli hava şəraiti yaranarsa və işçinin sağlamlığı üçün risk olarsa, qanun iş prosesinin dayandırılmasını tələb edir./baki.vaxti
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












