Azərbaycanda dizel yanacağı istehsalı 6% artıb

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 544,8 mln. manat təşkil edib. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu məbləğ əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8% azdır. Hesabat dövründə neft məhsullarından avtomobil benzini istehsalı 947,6 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 6,1% azdır. Bu il noyabrın 1-nə ölkədə 14,3 min ton hazır məhsul ehtiyatı olub. Bu ilin 10 ayı ərzində 203,3 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 1,714 mln. ton dizel yanacağı, 98,9 min ton yanacaq mazutu istehsal edilib. Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı illik müqayisədə 19,4%, dizel yanacağı istehsalı 6,1% yanacaq mazutu istehsalı 33,8% çoxdur. Hesabat dövründə ölkədə 490,8 min ton ağ neft, 18,9 min ton sürtkü yağları, 205,4 min ton neft bitumu, 198,3 min ton neft koksu istehsal edilib. Ağ neftin istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2%, sürtkü yağlarının istehsalında 83%, neft bitumunun istehsalında 16,9%, neft koksunun istehsalında 3,6% azalma qeydə alınıb.
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO












