Azərbaycanda dizel yanacağı və avtomobil benzini istehlakı artıb

2019-cu ilin yanvar-iyun aylarında ölkədə 744,4 min ton dizel yanacağı, 646,4 min ton avtomobil benzini istehlak edilib. Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, dizel yanacağı istehlakı ötən ilin I yarımilindən 4,5%, avtomobil benzini istehlakı 4,2% çox olub. Bu ilin I yarısında ölkədə 182,9 min ton aviasiya üçün və sair ağ neft, 160,2 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 89,6 min ton neft bitumu, 83,5 min ton maye qaz, 27,5 min ton sürtkü yağları istehlak edilib. Aviasiya üçün və sair ağ neft istehlakında 10,6%, neft-kimya sənayesində istifadə üçün benzin istehlakında 37,6%, artım, neft bitumu istehlakında 25,3%, maye qaz istehlakında 16,7%, sürtkü yağları istehlakında 36,5% azalma qeydə alınıb.
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI












