Azərbaycanda enerjidoldurma məntəqələrinin sayı niyə artmır? – Ekspert AÇIQLADI – VİDEO

Elektromobillər üçün enerjidoldurma məntəqələrinin sayının artırılması yenidən gündəmə gəlib.
Avtosfer.az xəbər verir ki, ölkədə elektromobillərin sayının artmasına baxmayaraq, enerjidoldurma infrastrukturunun inkişaf tempi sürücülərin gözləntilərini tam qarşılamır. Bəs mövcud vəziyyət elektrik avtomobillərindən istifadənin rahatlığına necə təsir edir və bu sahədə hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərli “Xəzər TV” yə açıqlamasında bildirib ki, bu məqsədlə biznes nümayəndələri və sahibkarlar da prosesə cəlb olunub ki, enerjidoldurma məntəqələrinin yaradılması üçün tələb olunan avadanlıqların ölkəyə idxalı zamanı nəzərdə tutulan güzəştlərdən faydalana bilsinlər:

"Dövlət tərəfindən təqdim edilən bu təşviq mexanizmlərinin əsas məqsədi özəl sektorun elektromobil infrastrukturunun inkişafında daha fəal iştirakını təmin etmək, investisiya marağını artırmaq və enerjidoldurma şəbəkəsinin daha sürətlə genişlənməsinə nail olmaqdır. Lakin aparılan müşahidələr göstərir ki, biznes subyektləri bu sahəyə hələ də gözlənilən səviyyədə maraq göstərmirlər. Bunun əsas səbəbləri kimi ilkin investisiya xərclərinin yüksək olması, investisiyanın geri dönüş müddətinin uzun hesab edilməsi, elektromobil istifadəçilərinin sayının hələ məhdud qalması və gələcək gəlirlərlə bağlı qeyri-müəyyənlik göstərilə bilər. Nəticədə enerjidoldurma məntəqələrinin sayının artırılması və yeni məntəqələrin istifadəyə verilməsi prosesi arzu olunan tempdə irəliləmir”.
Ekspert əlavə olaraq qeyd edib ki, enerjidoldurma infrastrukturunun kifayət qədər inkişaf etməməsi isə elektromobillərin geniş yayılmasına mənfi təsir göstərən əsas amillərdən biri hesab olunur.:
“Çünki potensial alıcılar avtomobillərini rahat şəkildə enerji ilə təmin edə bilməyəcəkləri narahatlığı səbəbindən elektromobil almaq qərarını təxirə salır və ya ənənəvi daxili yanma mühərrikli nəqliyyat vasitələrinə üstünlük verirlər".
Fatimə
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












