Azərbaycanda icra başçısı həbs edildi - DTX əməliyyat keçirib

Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı və müavininin saxlanılması səbəbi məlum olub. Lent.az -ın əldə etdiyi məlumata görə, onlar Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən rüşvətə görə tutulublar.
***
Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) başçısı saxlanılıb. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub. Onunla birlikdə, Ağstafa rayon İcra Hakimiyyəti başçısının müavinlərindən birinin də əməliyyat zamanı saxlanıldığı barədə məlumat var. Onlar saxlanılaraq Bakıya gətirilib. N.Quliyevin və müavinin saxlanmasının səbəbləri hələlik məlum deyil. Əməliyyat barədə rəsmi qurumlar da hələlik heç bir açıqlama yaymayıb.
Qeyd edək ki, “Bakupost” saytı Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs etdiyi barədə məlumat yayıb. Məlumatda bildirilir ki, icra başçısı ilə yanaşı, onun müavini də saxlanılıb.
***
Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətini başçısı Nizaməddin Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı tutulub. Avtosfer.az həbs edilən N.Quliyevin dosyesini təqdim edir.
N.Quliyev 1954-cü il sentyabrın 1-də Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqtisadiyyatı və təşkili institutunun aspiranturasını bitirib. 1972-ci ildən əmək fəaliyyətinə başlayıb. İqtisad elmləri namizədidir.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il sentyabrın 24-dəki sərəncamı ilə Goranboy rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib. N.Quliyev 2019-cu il aprelin 5-də isə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Nizaməddin Quliyev 2014-cü il sentyabrın 2-də Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı var.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...













