Azərbaycanda influenserlər və bloqerlərə reklamla bağlı QADAĞA

Azərbaycanda Influenserlərin və bloqerlərin istifadə etmədiyi məhsulları reklam etməsi qadağan edilib.
Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı bu gün Bakıda "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" mövzusunda keçirilən forumda bildirib.
Onun sözlərinə görə, ötən il "Reklam haqqında" Qanununa edilən dəyişikliklər nəticəsində rəqəmsal platformalarda fəaliyyət göstərən influencer və bloqerlərlə bağlı yeni tənzimləmələr tətbiq olunub:
"Dəyişikliklərə əsasən influenserlərin özlərinin istifadə etmədiyi məhsulları istifadə edirmiş kimi təqdim edərək reklam etməsi qadağan olunub. Qanuna edilən dəyişikliklər həmçinin qanunsuz qumar oyunlarının və qeydiyyatdan keçməmiş stimullaşdırıcı lotereyaların reklamının yayılmasının qarşısını almağa yönəlib. Bu tənzimləmələr istehlakçıların aldadılmasının qarşısını almaq və reklam bazarında şəffaflığı artırmaq məqsədi daşıyır".
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












