Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI

Beynəlxalq Valyuta Fondunun Azərbaycanın iqtisadi artım proqnozunu 2026-cı il üçün 1,7%, 2027-ci il üçün isə 2,3% səviyyəsində qiymətləndirməsi ölkə iqtisadiyyatının inkişaf perspektivlərini yenidən gündəmə gətirib. Proqnozlara təsir edən amillər və iqtisadi artımın sürətləndirilməsi yolları diqqət mərkəzindədir.
Avtosfer.az xəbər verir ki, iqtisadi artım tempinin yüksəldilməsi üçün qeyri-neft sektorunun inkişafı, yeni investisiyaların cəlb edilməsi və istehsal imkanlarının genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Bəs iqtisadi artım proqnozlarının aşağı olmasının əsas səbəbləri nələrdir və bu göstəriciləri yüksəltmək üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, yeni proqnozlar Azərbaycanın iqtisadi artımı ilə bağlı gözləntilərin zəiflədiyini göstərir:
.jpeg)
''Əvvəlki proqnozlarla müqayisədə iqtisadi artım gözləntiləri aşağı salınıb. İqtisadi artımın olması müsbət haldır. Bu, yeni iş yerlərinin açılmasına, investisiya imkanlarının genişlənməsinə və ölkə əhalisinin rifahına həm birbaşa, həm də dolayı yolla müsbət təsir göstərir. İqtisadi artım gözləntilərinin zəifləməsinin bir neçə səbəbi var. İlk növbədə, neft hasilatında azalma müşahidə olunur. Hökumət də hasilatın azaldığını bildirir. Neft hasilatı uzun müddət ölkə iqtisadiyyatının əsas onurğa sütunlarından biri olub. İkinci səbəb qeyri-neft sektorunda artım tempinin zəifləməsidir. Son illərdə bu sahədə artım əvvəlki dövrlərlə müqayisədə aşağı düşüb. Əvvəllər 5-6 faiz civarında olan artım tempi son illərdə 2-3 faiz arasında dəyişir''.
İqtisadçı qeyd edib ki, inflyasiyanın sürətlənməsi də iqtisadi artıma mane olur:
''Bu, daxili tələbat və əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Xarici amillər də mühüm rol oynayır. Məsələn, müharibələr və beynəlxalq gərginliklər ölkəyə idxal olunan malların bahalaşmasına səbəb olur. 2027-ci ildə iqtisadi artımın 2026-cı illə müqayisədə daha yüksək olması gözlənilsə də, artım tempi əvvəlki illərlə müqayisədə zəif qala bilər. Bununla belə, gələcək illərdə iqtisadi artımdakı zəifləmənin müəyyən qədər azalacağını düşünür. iqtisadi artım tempinin yüksəldilməsi üçün bir sıra sahələrin inkişafına üstünlük verilməlidir. Hökumət kənd təsərrüfatını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib və aqrar sənayenin inkişafı üçün proqram qəbul edib. Bununla yanaşı, metallurgiya və dağ-mədən sənayesinin inkişafı, emal sənayesinin genişləndirilməsi və sənaye klasterlərinin yaradılması da mühüm əhəmiyyət daşıyır. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində süni intellekt, bulud texnologiyaları və məlumat bazalarının inkişafı da iqtisadiyyatın şaxələndirilməsinə töhfə verə bilər. Alternativ enerji sahəsində enerji mənbələrinin şaxələndirilməsi və ixrac imkanlarının genişləndirilməsi istiqamətində də addımlar atılır. Nəqliyyat və logistika sahəsində tranzit imkanlarının artırılması, ölkə ərazisindən daha çox yükün daşınması iqtisadi fəallığa müsbət təsir göstərə bilər. Turizmin inkişafı da iqtisadi artımın sürətləndirilməsi baxımından əhəmiyyətli istiqamətlərdəndir. Sadalanan sahələrin inkişafı ilə yanaşı, ümumi iqtisadi islahatların davam etdirilməsi də vacibdir. Bu addımlar ölkə iqtisadiyyatının daha sürətlə inkişaf etməsinə şərait yarada bilər''.
Fatimə
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT












