Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində artım diqqət çəkir. 2026-cı ilin yanvar-iyul aylarında bu sahədə 9,2 milyard manatdan çox xidmət göstərilib və xidmətlərin real həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artıb. Eyni zamanda, ölkə üzrə yükdaşımaların həcmi 2,8 faiz yüksəlib.
Avtosfer.az xəbər verir ki, göstəricilər nəqliyyat və logistika sektorunda artımın yükdaşımaların fiziki həcmini üstələdiyini göstərir. Bəs bu fərq hansı iqtisadi amillərlə bağlıdır və Azərbaycanın logistika potensialının inkişafında nəqliyyat və anbar xidmətlərinin rolu nə qədər böyükdür?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan uzun illərdir logistika mərkəzinə çevrilmək istiqamətində müxtəlif layihələr həyata keçirir və bu sahəyə böyük həcmdə investisiyalar yatırır:

''Bakı Limanının inşası, yeni dəmir və avtomobil yollarının çəkilməsi, Şərq-Qərb dəhlizinin inkişafı, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə yükdaşımaların artırılması bu istiqamətdə atılan mühüm addımlardandır. Bütün bunlar, təbii ki, nəqliyyat və anbar xidmətlərinə tələbatı artıran əsas amillər sırasındadır. Azərbaycanın yerləşdiyi coğrafi mövqe də ölkənin logistika imkanlarının genişləndirilməsi üçün əlverişli şərait yaradır. Bu baxımdan, logistika sektorunun inkişafı ölkə iqtisadiyyatı üçün kifayət qədər əhəmiyyətlidir''.
İqtisadçı qeyd edib ki, ümumiyyətlə, Azərbaycanın gələcək iqtisadi modelində logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi mühüm rol oynaya bilər:
''Bu sahənin inkişafı yeni iş yerlərinin yaradılmasına, əlavə iqtisadi imkanların formalaşmasına və müxtəlif biznes sahələrinin inkişafına şərait yarada bilər. Müəyyən artım müşahidə olunur, lakin həcmlər hələ arzuolunan səviyyədə deyil. Bu baxımdan, dövriyyənin və yük axınlarının daha da artırılmasına ehtiyac var. Çünki logistika sektorunda fəaliyyətin genişlənməsi yalnız iri şirkətlər üçün deyil, kiçik və orta sahibkarlıq subyektləri üçün də yeni imkanlar yarada bilər. Ümumilikdə isə istiqamət müsbətdir. Azərbaycanın böyük logistika mərkəzinə çevrilməsi gələcək iqtisadi modeldə mühüm rol oynaya biləcək və ölkənin regional iqtisadi əhəmiyyətini daha da artıracaq amillərdən biridir''.
Fatimə
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











