Azərbaycanda müraciət sistemi daha da təkmilləşdirilə bilər – TƏKLİF

Qazaxıstanın Almatı şəhərində gecə saatlarında məsciddən yayılan yüksək səsgücləndirici səslərlə bağlı sakinlərin narazılığı rəqəmsal müraciət platformalarının effektivliyini bir daha gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bununla bağlı paylaşım edərək bildirib ki, Almatıda sakinlər gecə saat 02:50 radələrində yaranan səs-küylə bağlı emosional müzakirələr aparmaq əvəzinə, problemin qanunvericiliyə uyğun şəkildə həllinə yönləndirilib. Onlara səs-küyün ölçülməsi üçün aidiyyəti quruma, eOtinish portalı vasitəsilə Akimliyə və Dini İşlər İdarəsinə, zərurət yarandıqda isə digər səlahiyyətli qurumlara rəsmi müraciət etmələri tövsiyə olunub.
Ekspertin sözlərinə görə, bu təcrübə göstərir ki, ictimai narahatlıq doğuran məsələlərin operativ həllində rəqəmsal müraciət platformaları mühüm rol oynayır. Belə sistemlər vətəndaşlarla dövlət qurumları arasında əlaqəni asanlaşdırır, müraciətlərin qeydiyyatını, icra prosesinin izlənilməsini və rəsmi cavablandırılmasını təmin edir.
Rauf Ağamirzəyev qeyd edib ki, Azərbaycan da bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər nəticəsində fiziki və hüquqi şəxslərin fərdi və kollektiv müraciətlərinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən elektron kabinet vasitəsilə təqdim edilməsi və cavablandırılmasının hüquqi əsasları yaradılıb.
Yeni qaydalara əsasən elektron müraciətlərə cavablar vətəndaşın seçiminə uyğun olaraq EHİS-dəki elektron kabinetə, elektron poçt ünvanına və ya poçt vasitəsilə göndərilə bilər. Bu dəyişikliklər dövlət-vətəndaş münasibətlərinin daha çevik, əlçatan və səmərəli qurulmasına xidmət edir.
Ekspert hesab edir ki, təkmilləşdirilən myGov platformasında da gələcəkdə Qazaxıstanın eOtinish portalına bənzər vahid müraciət sisteminin daha da inkişaf etdirilməsi məqsədəuyğun olardı. Onun fikrincə, müraciətlərin vahid pəncərədən göndərilməsi, icra prosesinin izlənilməsi və nəticələrin şəffaf şəkildə təqdim edilməsi vətəndaş məmnuniyyətinin daha da artırılmasına töhfə verə bilər.
Eltac Zülfüqaroğlu
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Məkkə Sazişi İranı narahat edir: Pakistanla sərhəd niyə bağlandı?












