Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI

2026-cı il avqustun 1-i vəziyyətinə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 781,1 min nəfər təşkil edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, muzdla çalışanların 836,9 min nəfəri dövlət, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,5 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışıb. İşçilərin 15,1 faizi iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.
Qeyd olunub ki, 2026-cı ilin yanvar-iyul aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1176,7 manat olub.
Eltac

İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












