Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı artıb

2019-cu ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyatçılar 1 milyard 671,8 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz çox sərnişinə xidmət göstəriblər. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, sərnişinlərin 88,2 faizi avtomobil nəqliyyatı, 11,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 474,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi isə 2,4 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,5 faiz artaraq 192,3 milyon nəfər olub. Hava nəqliyyatı ilə 2 milyon 300,9 min və ya 11,1 faiz çox sərnişin daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-oktyabr ayları ərzində 3,0 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 32,2 faiz artım müşahidə olunub. Dövr ərzində dəniz nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 30,9 faiz artaraq 17,8 min nəfər olub.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












