Azərbaycanda toy qaydaları dəyişir? – Qonaq sayı və vaxt limiti…

Toy mərasimləri ilə bağlı yeni qaydaların tətbiqi təklif olunur. Təklifə əsasən, toyda iştirak edənlərin sayı maksimum 120 nəfər, mərasimin müddəti isə 2 saatla məhdudlaşdırıla bilər.
Bu, nə dərəcədə mümkündür?
Avtosfer.az bildirir ki, Globalinfo.az-a danışan sosioloq Mail Yaqub deyib ki, bu təklif Azərbaycan üçün tam real və aktualdır:
“Çünki Azərbaycanda toy mərasimlərinin vəziyyəti anormal səviyyə çatıb. 500-1000 nəfərlik toylar ailələr və gənclər üçün ciddi yükə çevrilib. Gənclər bu istiqamətdə müəyyən çətinliklər çəkirlər.
Nəticədə Azərbaycanda demoqrafik problem yaranıb. Artıq ölkədə artım tempi və uşaq doğumlarının sayı azalıb. Bunun səbəblərindən biri də toyların yaratdığı ağır yükdür”.
Sosioloq bildirib ki, bu yük yüngülləşməli, toy prosesi asanlaşmalı və gənclərin qarşısındakı maneələr olmamalıdır:
“Ona görə də bunu nəzərə alaraq belə bir təklif irəli sürülüb. Mən bunu dəstəkləyirəm. Təklifin ayrı-ayrı detallarının fərqli olması mümkündür. Məsələn, iştirakçı sayı 100, 150 və ya 200 nəfər, toyun müddəti isə 2-3 saat müəyyənləşdirilə bilər. Əsas məsələ toyların gənclər üçün yaratdığı yükün yüngülləşdirilməsidir. Dövlət bu məsələyə müdaxilə etməlidir. Hazırkı formatda toylar gənclər üçün böyük yükdür. Ona görə də son illər Azərbaycanda evlilik və nikahların sayı kəskin şəkildə azalıb”.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












