Azərbaycanda uşaqların dini etiqada məcbur edilməsi QADAĞAN EDİLİR - RƏSMİ

Azərbaycanda uşaqların dinə etiqad etməyə məcbur edilməsi, erkən evliliyə məcbur olunması və onların mənəvi inkişafına zərər vuran materialların yayılması qanunla qadağan edilir.
Avtosfer.az xəbər verir ki, uşaqların vicdan azadlığına hörmətlə yanaşılmalıdır.
Valideynlər və ya onları əvəz edən şəxslər qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidələrinə və dinə münasibətlərinə uyğun tərbiyə edə bilərlər. Lakin uşaqların hər hansı dinə etiqad etməyə məcbur edilməsi yolverilməzdir.
Uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Qanunla nəzərdə tutulan hallarda isə ictimai təhlükəsizliyin, ictimai qaydanın, sağlamlığın, mənəviyyatın və digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər.
Qanunvericilik erkən evliliklə bağlı da qadağalar müəyyən edir. Uşaqların erkən evliliyə daxil olmağa məcbur edilməsi, bununla bağlı valideynlər və ya onları əvəz edən şəxslər arasında əvvəlcədən hər hansı sövdələşmənin aparılması, erkən evlilik mərasimlərinin təşkili və uşaqlar barədə dini kəbin, yəni dini nikah mərasiminin keçirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Bundan başqa, uşaqların sağlamlığına və inkişafına zərər vuran, onların mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərən informasiya məhsullarının yayılması da qadağandır.
İrqi, milli, sosial və dini ədavəti qızışdırmağa, müharibəni və terrorçuluğu təbliğ etməyə, Azərbaycanın konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və ərazi bütövlüyünün pozulmasına çağırışlar edən oyunların və informasiya məhsullarının uşaqlara nümayiş etdirilməsinə yol verilmir.
Həmçinin uşaqların sağlamlığına və inkişafına zərər vuran, eləcə də onların mənəvi və əxlaqi inkişafına başqa şəkildə mənfi təsir göstərən pornoqrafik materialların uşaqlara nümayiş etdirilməsi, satılması, bağışlanması, çoxaldılması, icarəyə verilməsi və yayılması qadağandır./ajans.az
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












