Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA

Azərbaycanda hazırda hava proqnozlarının hazırlanması üçün 151 iqlim stansiyası fəaliyyət göstərir və daha 30 stansiyanın quraşdırılması planlaşdırılır. Bununla da şəbəkədəki stansiyaların sayının 181-ə çatdırılması nəzərdə tutulur.
Avtosfer.az xəbər verir ki, iqlim dəyişikliklərinin təsirlərinin daha dəqiq izlənilməsi və ekstremal hava hadisələri ilə bağlı erkən xəbərdarlıq imkanlarının genişləndirilməsi üçün meteoroloji müşahidə şəbəkəsinin inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır. Yeni stansiyalardan əldə ediləcək məlumatların hava proqnozlarının dəqiqliyinin artırılması, eləcə də quraqlıq, sel və digər təhlükəli hidrometeoroloji hadisələrin risklərinin əvvəlcədən müəyyənləşdirilməsinə töhfə verməsi gözlənilir. Azərbaycanda hazırda hava proqnozlarının hazırlanması üçün 151 iqlim stansiyası fəaliyyət göstərir və daha 30 stansiyanın quraşdırılması planlaşdırılır. Bununla da şəbəkədəki stansiyaların sayının 181-ə çatdırılması nəzərdə tutulur.
Mövzu ilə bağlı Ənvər Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, meteoroloji stansiyalar çoxlu sayda məlumat toplayır və həmin məlumatlar emal edildikdən sonra konkret ərazidə havanın temperaturunun necə olacağı, hava axınlarının hansı istiqamətdən gələcəyi, şimaldan gələn hava kütlələrinin necə təsir göstərəcəyi və onların əraziyə nə vaxt çatacağı barədə daha dəqiq nəticələr əldə etmək mümkündür:

"Bu baxımdan, meteoroloji stansiyalarda quraşdırılmış cihazların böyük töhfəsi var və onların sayının artırılması ciddi şəkildə kömək edə bilər.
Havanın qabaqcadan proqnozlaşdırılması insanlığın təbiət qarşısında əldə etdiyi mühüm biliklərdən biridir. Vaxtilə insanlar uzun illər ərzində apardıqları müşahidələr əsasında müəyyən hava hadisələrini təxmin edə bilirdilər. Onlar yaşadıqları ərazidə iqlim proseslərini yaxşı bildikləri üçün buludların hərəkəti, yağıntıların gəlməsi və quru küləklərin yaranması kimi dəyişiklikləri əvvəlcədən müəyyənləşdirə bilirdilər. Lakin meteoroloji stansiyaların əsas üstünlüyü ondan ibarətdir ki, burada məlumatlar elmi əsaslarla toplanır, bir-biri ilə əlaqələndirilir və emal olunur.
Hazırda Azərbaycanda meteoroloji stansiyalar fəaliyyət göstərsə də, onların hamısı eyni vəziyyətdə deyil. Elə stansiyalar var ki, texniki baxımdan köhnəlib və ya tam işlək vəziyyətdə deyil. Buna görə də stansiyaların yenilənməsi, müasir avadanlıqlarla təchiz olunması və onların bir-biri ilə əlaqəsinin gücləndirilməsi vacibdir. Meteoroloji stansiyalar vasitəsilə havanın hərəkəti, onun hansı istiqamətdə və hansı sürətlə dəyişəcəyi, xüsusilə də buludların hərəkəti kimi proseslər izlənilir. Əldə olunan məlumatlar digər stansiyalara və ölkələrə ötürülür, daha sonra emal edilərək konkret hava hadisəsinin müəyyən əraziyə nə vaxt çatacağı barədə proqnoz hazırlanır. Bütün bunlar bizə qasırğa, güclü külək, sel və digər təbiət hadisələrini əvvəlcədən müəyyənləşdirmək və onların mümkün fəsadlarına hazırlaşmaq imkanı verir. Meteoroloji stansiyaların sayının artırılması və müşahidə sistemlərinin təkmilləşdirilməsi nəticəsində bəzi təhlükəli hava hadisələrini daha əvvəl proqnozlaşdırmaq və onların təsirlərini azaltmaq mümkün olacaq".
Fatimə
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT
Əkin subsidiyasının 30 faizinin əvvəlcədən verilməsi fermerə nə qazandıracaq? - İQTİSADÇI
Aeroport yolunda sürət həddi bərpa edildi - YENİLƏNİB
Dəmir yolunda yeni lokomotivlər dövrü: Azərbaycan üçün imkan yaranır – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO
“Zəngəzurda ABŞ hərbçilərini görsək, vuracağıq" - Ermənistana ŞOK xəbərdarlıq
Trampın xüsusi nümayəndələri Rusiya-Ukrayna müharibəsini dayandıra biləcək? - POLİTOLOQ
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO










