Azərbaycandakı dəyişkən hava şəraitinin səbəbləri AÇIQLANDI

Son 2 gündə havaların yağışlı, dəyişkən keçməsi bəzi insanların da əhval-ruhiyyəsinə mənfi təsir göstərdi. Bəs dəyişkən hava şəraiti nə vaxta kimi davam edəcək? Bununla bağlı ETSN-nin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva Avtosfer.az-a danışıb. “Hava şəraitinin qəfil dəyişməsi iyul ayının son günlərindən başlayıb, arktik hava kütlələri Rusiyaya doğru hərəkət etdi. Bu da anomal hava şəraitinin bərqərar olması ilə nəticələndi. Qonşu ölkələrdə havanın temperaturu avqust ayının normasından 7-9 dərəcə aşağıdır. Azərbaycanda da həmin bu prosesin təsiri müşahidə olunur. Soyuq atmosfer cəbhələri ölkə ərazisinə keçərək, temperaturun aşağı enməsinə, küləkli olmasına səbəb olur. Şimal ölkələrdən fərqli olaraq, Azərbaycanda temperatur iqlim normasından cəmi 2-3 dərəcə aşağıdır. Ümumiyyətlə, avqust ayı ən isti ay kimi xarakteriz olunur. Xüsusilə də son on illiklərdə yüksək temperatur avqust aylarında müşahidə olunmuşdu. Bu il isə anomal hal baş verir. 2009-cu ildə avqust ayının 9-da da bu cür yağışların yağmasını müşahidə etmişdik. O vaxtı düşən yağıntının miqdarı 6 millimetr olmuşdu. Bu da aylıq normanın 98 faizini təşkil edir. Ən sonuncu dəfə isə 2013-cü ildə təsadüfə baxın ki, avqustun 9-da yenə də bu cür yağışlı hava şəraiti müşahidə edilib”.
Umayra Tağıyeva deyib ki, sabahdan havalar sabit keçəcək, temperaturun isə yüksələcəyini gözlənilir. Lakin avqust ayının 11- də güclü şimal küləyi gözlənilir.
AMEA-nın Coğrafiya İnstitutunun Elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov iqlim dəyişməsi ilə hava dəyişməsi arasında müəyyən fərqlərin olduğunu bildirib: “Bir var iqlim dəyişməsi, bir də var ki, hava dəyişməsi. Hava dəyişməsi iqlim dəyişməsi demək deyil. Məsələn, Yerin xəyali oxunun orbit müstəvisinə meyilliliyinin dəyişməsi, Yerlə Günəş arasında məsafənin azalması və ya çoxalması, atmosferin ümumi sirkulyasiyasında dəyişiklik bu qəbildəndir. Bütün bunlar qlobal iqlim dəyişikliyinə gətirib çıxarır”.
Məhərrəm Həsənov son dövrlər iqlim dəyişməsinə səbəb olan amilləri də vurğulayıb: “Son dövrlərdə iqlimin dəyişməsinə antropogen amillər, insan fəaliyyəti böyük təsir edir. İqlim dəyişmələri havanın orta temperaturunun yüksəlməsində, atmosfer yağıntılarının miqdarının azalmasında, dünya okeanı səviyyəsinin yüksəlməsində və suyun temperaturunun qalxmasında, təbii fəlakətlərin sayının və intensivliyinin artmasında özünü aydın şəkildə büruzə verir”.
Alim hava şəraitinin anomal keçməsi səbəblərinə də toxunub: “Hava şəraitinin qəfil dəyişməsi Atlantik okeanı üzərində, Qərbi Avropada yüksək təzyiq sahəsinin əmələ gəlməsi ilə bağlıdır. Siklonik vəziyyətin yaranması ilə əlaqəlidir. Siklon o deməkdir ki, mərkəzdə alçaq təzyiq sahəsi olur və kənarlara doğru yüksəlir. Nəticədə hava kütləsi sürətli hərəkət etməyə başlayır. Yağıntıların və güclü küləklərin olması Qərbi Avropada yaranan siklonun nəticəsidir. Həmin bu siklon hardasa, bir neçə milyon kvadrat kilometr ərazini əhatə edir. Fikir verirsiniz, Rusiyanın şəhərlərində güclü külək, intensiv yağışlar yağır. Güclü hissəsi Şərqi Avropaya, yəni Rusiya ərazilərinə düşdü. Cənub hissəyə isə az bir hissə düşdü. Bax həmin siklonun gətirdiyi rütubətli hava kütləsidir ki, qəflətən həm temperaturu aşağı saldı, həm də güclü yağışların yağması ilə nəticələndi”.
Məhərrəm Həsənov bildirib ki, bu cür havalar avqust ayı üçün xarakterik bir hal deyil: “Adətən avqust ayının ilk on günlüyündə temeperatur hardasa 35-40 dərəcəyə qədər yüksək olur. Normal iqlim norması belə olmalıdır”.
Fidan
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR
Paytaxtın bu küçələrində sıxlıq müşahidə olunur - SİYAHI - FOTOLAR










