Azərbaycan–Ermənistan sülhü yeni regional birliyin əsasını qoya bilər? - AÇIQLAMA

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Cənubi Qafqazda baş verən prosesləri və Ermənistan-Azərbaycan sülh prosesini dəyərləndirib.
Avtosfer.az xəbər verir ki, Numan Kurtulmuş Türkiyə mətbuatına müsahibəsində bildirib ki, tərəflər arasında razılaşmanın əldə olunması artıq müəyyən mərhələyə çatıb. Bəs Azərbaycan, Ermənistan və Türkiyə gələcəkdə hansı əməkdaşlıq modelini və ya birliyi formalaşdıra bilərlər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Avtosfer.az-a açıqlamasında bildirib ki, hazırda Türkiyə, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi davam edir:

"Vaşinqtonda sülh sazişi paraflanıb, paralel olaraq delimitasiya və demarkasiya prosesi də davam etməkdədir. Ümumilikdə, rəsmi səviyyədə görüşlər keçirilir. Xüsusilə də Azərbaycan Prezidentinin Ermənistana səfərinin baş tutması çox mühüm və tarixi hadisə idi. Bu proseslərlə paralel olaraq Ermənistan–Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində də danışıqlar davam edir. Bu çərçivədə də rəsmi səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir. Prosesdə Ermənistanın maraqlı olması əsas hərəkətverici amillərdən biridir və bu, olduqca vacib məqamdır. Əlbəttə ki, bu prosesdə Türkiyənin iştirakı bizim üçün məqbuldur. Əvvəllər Ermənistan bunu istəmirdi. Lakin artıq Ermənistan hər iki normallaşma prosesinin iştirakçısı olduğuna görə, Türkiyənin rolunu əvvəlki kimi problemli hesab etmir.
Politoloq qeyd edib ki, hazırkı mərhələdə Türkiyənin birbaşa vasitəçiliyinə ehtiyac yoxdur:
"ABŞ-nin vasitəçiliyi ilə aparılan proseslər kifayət qədər irəliləyib. Bununla belə, Türkiyənin iştirakı ilə üçtərəfli danışıqların keçirilməsi, tərəflər arasında mübahisəli məsələlərin aradan qaldırılması və yeni əməkdaşlıq platformalarının yaradılması mümkün variantlardan biridir. Regionda sabitliyin təmin olunması iqtisadi, siyasi və geosiyasi baxımdan bütün tərəflərə mühüm dividendlər qazandıracaq".
Fatimə Dadaşova
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO












