Azərbaycanın 30 illik suveren Vətən mübarizəsinin nəticəsi – 8 Noyabr ZƏFƏR GÜNÜ

Azərbaycanın 30 il davam edən işğala son qoyaraq tarixi Zəfərə imza atması uzun illər ərzində aparılan məqsədyönlü siyasətin, güclü dövlət quruculuğunun və müasir ordu formalaşdırılması istiqamətində görülən işlərin nəticəsi idi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasını davam etdirən Prezident İlham Əliyev ata vəsiyyətini və xalq qarşısında verdiyi tarixi sözü yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu. 44 gün davam edən Vətən müharibəsi isə xalqın birliyini, ordunun qüdrətini və siyasi iradəni bütün dünyaya nümayiş etdirən tarixi qələbə ilə nəticələndi.
8 Noyabr – Zəfər Gününün beşinci ildönümündə Azərbaycanın bu möhtəşəm qələbəyə gedən yolu, Zəfərin ölkəmizə qazandırdığı yeni reallıqlar və gələcək nəsillər qarşısında yaratdığı məsuliyyət barədə Milli Məclisin deputatı Hikmət Babaoğlu öz təəssüratlarını Avtosfer.az-la bölüşüb. O qeyd edib ki, bu gün böyük təntənə ilə qeyd etdiyimiz tarixi Zəfəri Azərbaycan xalqı milli birlik, həmrəylik, siyasi iradə və dövlətinin arxasında dayanmaq bacarığı sayəsində əldə edib:

''Zəfərə gedən yol, əlbəttə ki, asan olmayıb. Azərbaycan dövləti bu qələbəni qazanmaq üçün 30 il ərzində ordusunu, iqtisadiyyatını, dövlətçiliyini, eləcə də beynəlxalq münasibətlərdəki mövqeyini və rolunu gücləndirib. Eyni zamanda, torpaqlarımızın işğaldan azad edilməsi üçün siyasi və diplomatik sahədə hüquqi baza genişləndirilib, yeni hüquqi əsaslar formalaşdırılıb. Bütün bunlar tarixi Zəfərə gedən yolda Ali Baş Komandanın rolunu bir daha diqqətə çatdırır. Çünki xalqın milli gücünün potensialdan real gücə çevrilməsi üçün güclü liderə ehtiyac var. Azərbaycan Prezidenti dövlətimizi tarixi Zəfər qazanacaq qədər gücləndirib, qüdrətli və müstəqil dövlətə çevirib. Xalq-dövlət və xalq-hakimiyyət birliyi isə bugünkü qələbəmizin əsas güc mənbəyini təşkil edib. Bu gün hər bir azərbaycanlının mənəvi haqqıdır ki, öz Zəfərinə sahib çıxsın, onu böyük sevinc və qürur hissi ilə qeyd etsin. Lakin bu qələbə həm də hər bir vətəndaş qarşısında yeni vəzifələr və məqsədlər müəyyənləşdirir. Biz tarixi Zəfərimizdən aldığımız gücü gələcək nəsillərə ötürməli, gənclərin daha firavan və güclü Azərbaycanda yaşaması üçün çalışmalıyıq''.

Deputat qeyd edib ki, bu baxımdan, hər bir azərbaycanlının qarşısında duran əsas vəzifə dövlətimizin daha da qüdrətlənməsi üçün çalışmaqdır:
''Çünki Zəfərimizin əbədi olması üçün Azərbaycan daim güclü olmalıdır. Prezident Yeni Azərbaycan Partiyasının VIII qurultayında bildirmişdi ki, biz düşməndən 10 qat güclü olmalıyıq. Bu, milli gücümüzün bütün komponentləri üzrə üstünlüyə nail olmağımız deməkdir. İqtisadiyyat, elm, təhsil, müasir texnologiyalar, sənayeləşmə və digər sahələrdə daha da inkişaf etməliyik. Əks halda, Zəfərimizdən narahat olan müxtəlif güc mərkəzləri qarşısında dayanıqlı olmaq çətinləşər. Ona görə də tarixi Zəfərimizi bayram edərkən yalnız qələbənin sevincini yaşamaqla kifayətlənməməli, həm də bugünkü və gələcəyimizlə bağlı vəzifə və məqsədlərimizi müəyyənləşdirməliyik. Əsas hədəfimiz güclü Azərbaycan naminə hər bir vətəndaşın öz üzərinə düşən məsuliyyəti yerinə yetirməsi olmalıdır''.
Millət vəkili Ceyhun Məmmədovun fikrincə, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad olundu:

''Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük döyüşlərdə düşməni diz çökdürərək, torpaqlarımızıişğalçılardan təmizləyərək, ərazi bütövlüyümüzü bərpa etdi. Tarixi ədalət bərpa olundu. Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, QarabağAzərbaycandır!
8 Noyabr — Ali Baş Komandanımızın və rəşadətli ordumuzun Şuşanı işğaldan azad etdiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd olunur. Noyabrın 8-nin ölkəmizdə hər il Zəfər Günü kimi qeyd olunması Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin möhtəşəm qələbəsini təmin etdi. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşıfədakarlıqla mübarizə apardılar. Etnik və dini mənsubiyyətindən asılı olmayaraq ölkəmizin bütün vətəndaşları görünməmiş həmrəylik nümayiş etdirdi, ön vəarxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq “Dəmir yumruq” kimi səciyyələndirilir.Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. “Laçın”sərhəd-buraxılış məntəqəsinin qurulması böyük Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərləyazıldı. Fəxarət rəmzimiz, üçrəngli, ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalğalandırıldı''.

Deputat bildirib ki, Bunun ardınca, 2023-cü ilin sentyabr ayında həyata keçirilən uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsindəAzərbaycan öz suverenliyini tam bərpa etdi:
'' Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və Əsgəran şəhərlərində üçrəngli bayrağımız ucaldıldı. Bu gün işğaldan azad olunan ərazilərdə yüksək abadlıq və quruculuq işləri həyata keçirilir. Qısa müddətdə işğaldan azad olunmuş ərazilərimizdə mühüm layihələrin icrasıPrezident İlham Əliyevin gərgin və fədakar əməyinin nəticəsidir. İnfrastruktur və Nəqliyyat: Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları inşa edilərək istifadəyə verilmişdir. Geniş avtomobil magistralları, "Zəfər yolları", tunellər vədəmir yolu xətləri çəkilir.
"Böyük Qayıdış" Proqramı çərçivəsində Laçın, Şuşa, Füzuli, Cəbrayıl şəhərlərinə, həmçinin Talış, Suqovuşan, Ağalı, Zabux və Müşkülbəyli kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilmiş, müasir "ağıllı kənd" və"ağıllı şəhər" konsepsiyaları həyata keçirilmişdir.
Erməni vandallığı nəticəsində dağıdılmış yüzlərləməscidimiz, tarixi abidələrimiz, mədəniyyət ocaqlarımız dövlət səviyyəsində əsl memarlıq üslubuna uyğun olaraq bərpa edilir. Azad edilmiş bütün şəhərlərdə İşğal və Zəfər muzeyləri inşa edilməkdədir.

Azərbaycanın quruculuq missiyası sürətlə davam edir. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiştorpaqlara həyat qayıdır. Qarşıda isə bizi hələ bir çox mühüm vəzifələr gözləyir: Qarabağın və Şərqi Zəngəzurun təhlükəsiz yaşayış məkanına çevrilməsi, dayanıqlı iqtisadi inteqrasiya, "Yaşıl enerji" zonasının yaradılması və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması.
Heç şübhəsiz ki, Prezident İlham Əliyevin rəhbərliyi iləAzərbaycan xalqı bütün taleyüklü məsələlərin öhdəsindən uğurla və ləyaqətlə gəlməyi bacaracaq. Bu işdə hər birimizin üzərinə böyük vəzifə və məsuliyyət düşür. Prezident İlham Əliyevi öz nümunəvi fəaliyyətimizlə dəstəkləməli, hər zaman onun yanında olmalıyıq. Azərbaycanda xalq-iqtidar birliyi dönməz və sarsılmazdır.
Azərbaycan xalqı bu gün sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət, hədsiz fərəh, qürur hissləri yaşayır. Bu zəfərlə biz Ermənistanın 30 illik işğalına son qoyduq''.
Torpaqlarımızı azad etməklə qalib dövlət və xalq kimi tarixə düşdük. Yaşasın müzəffər Azərbaycan Ordusu! Yaşasın Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Qeyd: Material Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanıb.
.png)
Müəllif: Fatimə Dadaşova
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO
Tural Ələkbərov Xankəndidən Zəfər Günü ilə bağlı paylaşım edib - VİDEO
44 günə yazılan tarix, əbədi yaşadılacaq Zəfər! - FOTO
DİN-dən Zəfər Günü ilə bağlı - Videoçarx
Metrodan istifadə edən şəxslərin NƏZƏRİNƏ! - Qrafik DƏYİŞİLİR
Beyləqan Regional Mühafizə Şöbəsində Zəfər Günü qeyd edilib - VİDEO
8 Noyabr - Tarixə düşən Zəfər Möhürü - VİDEO
Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - SİYAHI
QHT-lərin Əməkdaşlıq Forumundan Prezidentə müraciət
Ərdoğanın Azərbaycana səfəri hansı məsələlərə aydınlıq gətirəcək? – ŞƏRH
Hansı anaların müavinətləri 100 manata qaldırılacaq? – RƏSMİ












