Azərbaycanın beynəlxalq yükdaşıma sahəsində gəlirləri 3-5 dəfə arta bilər - İQTİSADÇI

Bu ilin ilk yarısında Azərbaycanda beynəlxalq yükdaşımalarının həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, artım Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) və tərəfdaş qurumların həyata keçirdiyi tədbirlər nəticəsində əldə olunub. Bəs beynəlxalq yükdaşımalarının 34% artması Azərbaycanın iqtisadiyyatına və tranzit gəlirlərinə hansı töhfəni verə bilər?
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Avtosfer.az-a açıqlamasında bildirib ki, yükdaşımaların 34 faiz artması tranzit gəlirlərinin də artması deməkdir:

"Bu, ölkənin maliyyə gəlirlərinə müsbət təsir göstərir. Düzdür, faiz baxımından 34 faiz yüksək görünə bilər, lakin Azərbaycanın tranzit potensialı nəzərə alınanda bu, hələ kifayət qədər aşağı göstəricidir. İranda baş verən proseslər Şimal–Cənub nəqliyyat dəhlizinin tam səmərəli fəaliyyət göstərməsinə mane olur. Digər tərəfdən, Orta Dəhlizin hələ tam gücü ilə işləməməsi və Zəngəzur dəhlizinin açılmaması da yükdaşımaların kəskin artmasına imkan vermir. Əgər bu layihələr tam reallaşsa, yükdaşımaların həcmi 3-5 dəfə arta bilər. Buna baxmayaraq, mövcud artım da müsbət göstərici hesab oluna bilər. Yükdaşımaların artması qeyri-neft sektoruna da müsbət təsir göstərir. Burada söhbət həm dəmir yolu, həm də avtomobil nəqliyyatı ilə həyata keçirilən beynəlxalq yükdaşımalarından gedir. Tranzit yük daşıyan sürücülər ölkə ərazisində otellərdə qalır, restoran və iaşə obyektlərindən istifadə edir, alış-veriş edirlər. Bu isə yolkənarı xidmət obyektlərinin, ticarət məntəqələrinin və digər xidmət sahələrinin dövriyyəsinin artmasına səbəb olur".
İqtisadçı qeyd edib ki, yükdaşımaların artması yerli logistika və nəqliyyat şirkətlərinin fəaliyyətinə də müsbət təsir göstərir:
"Beynəlxalq yük axınının Azərbaycan üzərindən keçməsi yerli daşıyıcı şirkətlər üçün yeni iş imkanları yaradır, onların gəlirlərini və iqtisadi fəallığını artırır. Yükdaşımaların artması bunun üçün təkbaşına həlledici amil deyil. Azərbaycanın ixrac potensialı kifayət qədər böyük olsa da, onun tam reallaşdırılması istiqamətində hələ də müəyyən problemlər mövcuddur. Bu səbəbdən tranzit imkanlarının genişlənməsi ixrac üçün əlverişli şərait yaratsa da, mövcud problemlər həll olunmadan ixrac həcmlərində ciddi artım gözləmək çətindir".
Fatimə
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












