Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR

Xəzər dənizi hövzəsində yerləşən beş ölkəni birləşdirəcək regional avtomobil nəqliyyatı marşrutunun yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. Yeni yol infrastrukturu həm regiondaxili əlaqələrin, həm də beynəlxalq yükdaşımaların inkişafına töhfə verəcək.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə danışarkən bildirib ki, Həştərxan–Atırau avtomobil yolunun tikintisinin başa çatdırılması layihənin reallaşmasında mühüm mərhələdir.

Atırau şəhərinin girişindəki son 5 kilometrlik yol hissəsi tamamlanıb, həmçinin 89 metr uzunluğunda dəmir yolu keçidi inşa edilib. Magistralın 2026-cı ilin noyabr ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Ekspert qeyd edib ki, Türkmənistan da bu istiqamətdə infrastruktur layihələrini davam etdirir. Belə ki, 2026-cı il noyabrın 5-də Türkmənbaşı–Qarabogaz–Qazaxıstan sərhədi avtomobil yolunun 44 kilometrlik hissəsi istifadəyə verilib. Qazaxıstan ərazisində isə Janaozen–Temir-Baba sərhəd-keçid məntəqəsi istiqamətində avtomobil yolunun modernləşdirilməsi işləri aparılır.
Rauf Ağamirzəyevin fikrincə, bu layihələr Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranı birləşdirən regional avtomobil nəqliyyatı şəbəkəsinin formalaşmasına xidmət edir.
2027-ci ildə beş ölkə arasında nəqliyyat əlaqələrinin daha da genişlənməsi gözlənilir. Bununla yanaşı, Türkmənbaşı–Qazaxıstan sərhədi magistralının tam tikintisinin 2028-ci ilədək başa çatdırılması nəzərdə tutulur.
Ekspert vurğulayıb ki, bu layihələr Xəzər regionunda yalnız ölkələrarası avtomobil əlaqələrinin inkişafı baxımından deyil, həm də Şimal–Cənub və Şərq–Qərb beynəlxalq logistika dəhlizlərinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Eltac Zülfüqaroğlu
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – EKSPERT
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO
Gündəlik getdiyimiz ünvanlara çatmaq üçün 15 dəqiqə kifayət edirmi? – “Bolt”dan statistika - VİDEO
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar












