Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) lokomotiv parkının yenilənməsi və yükdaşıma gücünün artırılması istiqamətində işləri davam etdirir.
Avtosfer.az xəbər verir ki, sentyabrın 18-i Çindən dəmir yollarında istismarı məqsədilə ölkəmizə 7 ədəd müasir yük lokomativləri gətirilib. Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli 7 ədəd müasir yük lokomotivi qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev mətbuata açıqlamasında bildirib ki, Azərbaycanın Çindən aldığı yeni lokomotivlər beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.

Çinin "CRRC Ziyang Co., Ltd" şirkəti tərəfindən istehsal edilmiş AC50 tipli 7 ədəd müasir yük lokomotivi qabaqcıl texnologiyalar və innovativ dartı sistemləri ilə təchiz edilib, yüksək dartı gücü və iri yanacaq tutumu ilə seçilir: "Bu lokomotivlər ağır tonnajlı yük qatarlarının daha səmərəli və təhlükəsiz idarə olunmasına imkan verir. Magistral teplovozlar müasir idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib. Texniki xidmət dövriliyinin 90 gün müəyyən edilməsi lokomotivlərin daha etibarlı və fasiləsiz istismarına, həmçinin teplovozun əsas çəninin tutumunun 2 min litr sıxılmış hava təşkil etməsi və 2 kompressordan ibarət olması daha uzun tərkibli qatarların daşınmasına da imkan yaradır".
CASPIA Analitik Mərkəzinin direktoru Orxan Yolçuyevin fikrincə, yeni lokomotivlərin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizləri üzrə tranzit imkanlarının genişlənməsinə və yükdaşımaların daha səmərəli təşkilinə şərait yaradacaq.

“Qlobal nəqliyyat və yük zəncirlərində baş verən dəyişikliklər fonunda 7 yeni lokomotivin istifadəyə verilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artıracaq.
Azərbaycandan bir neçə beynəlxalq nəqliyyat dəhlizi keçir. Onlardan ən fəal istifadə olunanlar Şərq-Qərb və Şimal-Cənub dəhlizləridir. Yeni lokomotivlərin alınması Azərbaycan Dəmir Yollarının manevr imkanlarını artırmaqla yanaşı, yükdaşımaların daha fasiləsiz həyata keçirilməsinə imkan yaradır.
Hazırkı geosiyasi şəraitdə, xüsusilə Avrasiya məkanında müşahidə olunan qeyri-müəyyənlik fonunda iri biznes və yükdaşıyıcıları üçün marşrutun yalnız ucuz olması deyil, onun sabitliyi və proqnozlaşdırıla bilməsi də mühüm əhəmiyyət daşıyır.
Bu baxımdan Azərbaycanın həyata keçirdiyi layihələr, o cümlədən 7 yeni lokomotivin alınması ölkənin Avrasiya məkanında tranzit ölkə və logistika xabı kimi rolunu artıracaq”.
Nəqliyyat eskperti Rauf Ağamirzəyevin sözlərinə görə, yeni qatarlar yükdaşıma həcmini artırmaqla yanaşı, həm də bu prosesin sürətini artırmaq gücünə də malikdir.

“Qatarların konstruktiv sürəti 120 kilometr-saat, enerji effektivliyi əvvəlkilərdən daha güclüdür. Düşünürəm ki, bu üstünlüklər Orta dəhlizdə dayanıqlı yükdaşımanı təmin edən elementlərdən biridir. Ümumi olaraq, hərəkət tərkibimiz nə qədər yenidirsə, bir o qədər bizim dayanıqlı yükdaşımamıza təminat yaradır. Yeni 7 lokomativin alınması ilkin mərhələdir və düşünürəm ki, növbəti mərhələdə də vaqon və lokomativ parkının yenilənməsi Çin-Azərbaycan münasibətlərində yeni səhifə açacaq”.
Səfər
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












