Azərbaycanın Gürcüstandan idxal etdiyi məhsul həcmi niyə artıb? - İQTİSADÇI

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Gürcüstandan idxal etdiyi yerli istehsal məhsullarının həcmi artıb.
Avtosfer.az xəbər verir ki, Gürcüstan Milli Statistika İdarəsinin məlumatına əsasən, hesabat dövründə Azərbaycan bu ölkədən ümumi dəyəri 76,9 milyon ABŞ dolları olan yerli istehsal məhsulu idxal edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz çoxdur.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Gürcüstanın iqtisadi artım tempi hazırda Azərbaycandan daha yüksəkdir və bu ölkədə yerli istehsalın həcmi, eləcə də məhsul çeşidliliyi genişlənməkdə davam edir:
"Bu amillər Azərbaycanın Gürcüstandan idxalını artırmasını təbii prosesə çevirir. Gürcüstanın iqtisadi artımı bizdən yüksəkdir. Yerli istehsalı həm çoxdur, həm də məhsul çeşidi genişdir. Buna görə də Azərbaycanın Gürcüstandan mal alması tamamilə təbiidir. Logistika xərcləri azdır, məsafə yaxındır, əlavə tranzit xərcləri yaranmır və yüklər başqa ölkələrin ərazisindən keçmir. Bütün bunlar Gürcüstandan məhsul idxalını daha sərfəli edir. Gürcüstanın istehsalı və iqtisadiyyatı böyüdükcə, Azərbaycanın bu ölkədən daha çox məhsul alması da normaldır. Gürcüstandan idxal olunan məhsullar daxili bazarda rəqabət mühitinin formalaşmasına da müsbət təsir göstərir. Azərbaycanda bəzi məhsulların yerli istehsalı olsa da, qiymət və keyfiyyət baxımından istehlakçıların gözləntilərini hər zaman tam ödəmir. Gürcüstandan gətirilən məhsullar bazarda rəqabəti artırır, bu isə həm istehlakçılar, həm də bazarın inkişafı baxımından müsbət tendensiyadır”.
Fatimə
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO












