Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaranır – AÇIQLAMA

Azərbaycan son illərdə tranzit və logistika sahəsində mövqeyini gücləndirmək üçün iri layihələrin icrasını davam etdirir. Bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin regional nəqliyyat qovşağı kimi rolunun daha da möhkəmlənməsinə xidmət edir.
Avtosfer.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonası ilə TRACECA arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycanın tranzit imkanlarının artırılması, logistika infrastrukturunun inkişafı və beynəlxalq yükdaşımalarda rolunun güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan uzun illərdir həyata keçirdiyi ardıcıl siyasət nəticəsində regionun mühüm logistika mərkəzlərindən birinə çevrilməyi hədəfləyir:

"Bu istiqamətdə ölkədə genişmiqyaslı layihələr həyata keçirilir və əhəmiyyətli investisiyalar yatırılır. Bu layihələr sırasında Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası xüsusi yer tutur. Həmin təşəbbüslər Azərbaycanın yeni logistika mərkəzi kimi formalaşması üçün əlverişli imkanlar yaradır. Bu isə ölkəyə əlavə gəlir mənbələri qazandırmaqla yanaşı, xarici investisiyaların cəlb edilməsi baxımından da mühüm fürsətlər açır.
TRACECA proqramı çərçivəsində Şərq-Qərb nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bu prosesdə Mərkəzi Asiya respublikalarının və türk dövlətlərinin iştirakının genişlənəcəyi gözlənilir.
Nəticə etibarilə, həyata keçirilən bu addımlar Azərbaycanın iqtisadi potensialının güclənməsinə, beynəlxalq nüfuzunun artmasına və tranzit ölkə kimi mövqeyinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Əməkdaşlıq genişləndikcə ölkənin tranzitdən əldə etdiyi gəlirlərin də artacağı gözlənilir".
Fatimə
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI
Bölgələrdə sürücülərin tez-tez qəza törətməsinin səbəbi nədir? - AÇIQLAMA
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI










