Azərbaycanla dəmir yolu əlaqəsi regional ticarətin inkişafına təkan verir - Paşinyan

Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa müsbət təsir göstərir.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayevlə görüşündə bildirib.
"Yüksək səviyyəli ikitərəfli qarşılıqlı səfərlər Ermənistan və Qazaxıstan arasında çoxplanlı əməkdaşlığın inkişafını stimullaşdırır. Regionda baş verən proseslər Ermənistan və Qazaxıstan arasındakı əməkdaşlığa da müsbət təsir göstərir, xüsusən də Azərbaycan, Rusiya və Gürcüstan vasitəsilə qurulmuş dəmir yolu əlaqəsi ticari-iqtisadi əlaqələrin genişlənməsinə yeni təkan verir", - Baş nazir qeyd edib.
Qazaxıstanın xarici işlər naziri qurulmuş dəmir yolu əlaqəsinin ikitərəfli ticari-iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə genişləndirəcəyinə əminliyini ifadə edib.
Bununla yanaşı, Y.Koşerbayev regional kommunikasiya yollarının blokdan çıxarılmasının vacibliyini vurğulayıb və Qazaxıstanın TRIPP-ə ("Tramp marşrutu") dəstəyini təsdiq edib: "Qazaxıstan da bu layihənin həyata keçirilməsinə və regional ticari-iqtisadi əlaqələrin genişləndirilməsinə maraq göstərir".
Paşinyan və Koşerbayev həmçinin infrastruktur, tikinti, kənd təsərrüfatı, texnologiyalar, aviasiya əlaqəsi və turizm sahələrində əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər. Bu kontekstdə, Ermənistan və Qazaxıstan arasında yaxın vaxtlarda başlayacaq birbaşa aviareyslərin həyata keçirilməsinin vacibliyi qeyd edilib.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












